02.03.2012 [17:27] - Gündəm, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı fəalların azadlığa buraxılması üçün imzatoplama kampaniyası
Güney Azərbaycanlı fəallar Vəhid Həbib Çeşmə və Salar Turinin azadlığa buraxılması üçün İmzatoplama Kampaniyası başladılıb. Hazırda Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin təcridxanasında saxlanılan azərbaycanlı fəallar fevralın 21-i Dünya Ana Dili Günü tutuqlanıblar.Qeyd edək ki, məmurlar adını çəkdiyimiz milli-mədəni fəalları yaxalarkən heç bir məhkəmə hökmünə malik olmayıblar.Vəhid Həbib Çeşmə və Salar Turinin azadlığa buraxılması üçün aşağıdakı kampaniyaya qoşula bilərsiniz:
http://www.gopetition.com/petitions/free-azerbaijan-right-activists-salar-turi-and-vahid-h1/sign.html
İranda Kürdlər səs vermək üçün Sulduza axışırlar
Öncədən təxmin edildiyi kimi Qərbi Azərbaycanda durum digər bölgələrdən fərqlənir.Məlumata görə, kürd təşkilatlarının təbliğatı nəticəsində kürdlər səs vermək üçün qonşu kürd şəhərlərindən Azərbaycan şəhərlərinə axışırlar.Kürdlərin üz tutduğu şəhərlərdən biri Sulduzdur. Onlar kürd namzədə (Mənqur) səs vermək üçün təlaş içindədirlər. Məlumata görə, Bu vəziyyət azərbaycanlı gəncləri olduqca həssas edib və bu gün Sulduzda hansısa hadisə yaşana bilər.Qeyd edək ki, illərdir kürd təşkilatları başda PKK olmaqla Azərbaycan şəhərlərindən İran parlamentinə kürd millət vəkili göndərməyə çalışırlar. Onlar bununla dünyaya o bölgələrin kürdistan olması mesajini vermək istəyirlər. Bu günə qədər xalqımızın səyi nəticəsində onların məkrli planı nəticə verməyib. Ümid edirik bu canfəşanlıq yenədə davam edəcək.
İranda bu gün parlament seçkiləridir Təbriz şəhərinin mərkəzi küçələrində hərbi postlar yaradılıb
Güney azərbaycandan daxil olan məlumata əsasən bu gün 2.Mart 21120-ci il tarixində İranda parlament seçkiləri keçirilir.İran polisi və xüsusi xidmət orqanları gücləndirilmiş iş rejimndə fəlalığı ölkənin bütün şəhərlərində özünü büruzə verir.Şahidlərin bildirdiyinə əsasən Güney azərbaycanın bütün şəhərlərində özəliklə Təbrizdə xüsusi təyintlı polis və bəsic məmurları şəhərin sıx yerlərində hərbi postlar yaradaraq bütün maşınları yoxlayır və əhalini 3 nəfərdən artıq bir yerə toplanmağa icazə vermir.Təbriz həbsxanasından müvəqəti azadlığa buraxılan milli fəallara təhlükəsizlik orqanları zəng edərək parlament seçkilərində iştirak etmələrini təhdidlə tələb etdikləri bildirilir.Bunula yanaşı Güney azərbaycannın 21 Həmzə diviziyasının komanderi Mir Həbib Mirbeyrəng bütün əsgərlərə və zabitlərə xəbərdarlıq edib ki parlamen seçilərində aktiv iştirak etsinlər əgər kimsə seçkidə iştirak etməsə onun aqibəti yaxşı olmayacaqını bildirib.Bütün bunlara baxmayaraq seçki məntəqələrinin əksəriyətində ancaq polis məmurlarını görmək mümkündür çox az halarda əhalinı seçki məntəqələrində görmək mümkün olur.Eyni vəziyyət iranın bütün şəhərlərində də müşahidə olunur Tehran,Kərəc,Simnan,İsfəhan,Qəzvin,Bəndər Abbas,Məşhdən verililən məlumatlara görə bu şəhərlərdədə seçki məntəqələrində aktivlik müşahidə olunmayıb.xatırladaq ki İranda 9-ci parlament seçkiləri keçirilir lakin bu seçkilərdə müxalifət tərəfdarları qabaqcadan seçkiləri bayot edəcəklərini bildirmişlər.Seçkilərə ancaq Xamneyi və Əhmədinəjad tərəfdarları iştirak edir.
Martın 2-də İranın dini lideri ayətullah Əli Xamneyi parlament seçkisinə qatılıb.Xamneyi səsvermə məntəqəsindən çıxarkən jurnalistlərə belə deyib: “Mənim vətəndaşlara tövsiyəm həmişəki tövsiyədir. Ölkənin əziz əhalisinə tövsiyə edirəm ki, seçki məntəqələrinə gedib səs versin. Hesab edirəm ki, bu, bir vəzifə və bir borcdur. Bu həm də bizə aid olan bir haqdır və biz bu hüququmuzdan istifadə etməliyik. Həm də səsvermə namaz kimi nə qədər tez yerinə yetirilsə savabı daha çoxdur.
Bu gün İran məsələsi çox mühüm və qabarıq bir məsələdir. Məhz buna görə də daim qalmaqal yaradırlar. Qərb tez-tez sanksiyalar və insan hüquqları məsələsini qabarıb ortaya atır. İrana qarşı təhdidlər çox olduğuna görə İran milləti seçkiyə daha həssaslıqla yanaşmalı, öz sözünü deməlidir”.
Parlament seçkisinə qatılan Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncani jurnalistlərə açıqlama verib.
Haşimi Rəfsəncani deyib: “Ümid edirəm ki, seçkinin nəticəsi vətəndaşların səsi əsasında təyin ediləcək. Seçkinin nəticəsi xalqın istədiyi kimi olsa, Allahın köməkliyi ilə yaxşı parlamentimiz olacaq”.
İranda 290 yerlik parlamentə mandat almağa 3 min 444 namizəd iddia edir. “Yaşıl hərəkat”ın məhbus liderləri Mirhüseyn Musəvi, Mehdi Kərrubi və onların tərəfdarları parlament seçkisini boykot etdiklərini açıqlayıblar. Vaxtilə hakimiyyətdə təmsil olunan islahatçı qurum və təşkilatlar, 2009-cu ildə prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan sonra tutulub həbsə salınan şəxslər də parlament seçkisini boykot edir.
Iranın Əhvaz şəhrində silahı qarşı durmada 3 nəfər polis zabiti həlak olub
İranda parlament seçkiləri ərəfəsində Əhvaz şəhrində silahı qarşı durmada olub.İrangolobal saytının HARANA –ya istinadən yaydığı xəbərə görə 1.mart 2102-ci il tarixində İranda Ərəb vilayətinin mərkəzi şəhəri olan Əhvaz şəhərində polis məmurları şəhər sakini 15 yaşlı Həsən Heydərini həbs etmək üçün yaşadığı evi mühasirəyə alaraq silahlı hücuma keçiblər qapını sillahla atəş açaraq açan polis məmurları 15 yaşlı Həsən Heydəri polislərin açdığıl atəş nəticəsində həlak olub.Şahidlərin bildirdiyinə əsasən həmin vaxt Həsən Heydərinin atası evdə olan Klaşinkov aftomat silhailə polislərə hücum edib və təxminən 1 saat silahlı atışma zamanı 3 nəfər polis məmuri həlak olub və birneçə nəfəri isə ağır yaralanıb.Polislərə silahı müqavimət göstərən Samir Heydəri yaralanaraq həbs edilib və onunla birlikdə ailənin 2 üzvü Tariq Heydəri və Əli heydəridə həbs olunub.Məlumatda bildirilir ki,həmin Ərəb ailəsi iranda ərəblərin milli haqları uğrunda fəaliyətlərinə görə dəfələrlə həbs olunaraq işkəncə və təziqlərə məruz qalıblar.Heydəri ailəsi iranda parlament seçkiləri zamanı Əhvaz şəhərində ixtişaşlar yaratmaqda itiham olunaraq həb olunduğu bildirilir.

Bu xəbər oxucular tərəfindən 1969 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |