Şrift:
Azərbaycan paytaxtında kütləvi dava olub, ölən və yaralananlar var
03.03.2012 [03:47] - Gündəm, Hadisə
Bakıda gənclər arasında kütləvi dava olub. Bu barədə Suraxanı Rayon Polis İdarəsindən bildirilib.
Hadisə bu gün axşam saatlarında paytaxtın Qaraçuxur qəsəbəsində qeydə alınıb. İki məhəllənin gəncləri arasında baş verən davada bir neçə nəfər ağır bıçaqlanıb. Bıçaqlananlardan üçü qardaşdır. Onlar 24 yaşlı Orxan Xamıyev, 21 yaşlı Kamran Xamıyev və Fərrux Xamıyev xəstəxanaya yerləşdiriliblər. Yaralılardan Orxan Xamıyevin xəsarəti ağır olduğundan dünyasını dəyişib.
Hadisə yerinə Bakı Şəhər Baş Polis İdarəsinin, şəhər Prokurorluğunun, Suraxanı Rayon Polis İdarəsi və Rayon Prokurorluğunun əməkdaşları gəlib. Hazırda hadisə yeri müayinə edilir. Davada iştirak edən şəxslərin müəyyənləşdirilərək tutulması istiqamətində əməliyyat qrupu yaradılıb. Hadisənin motivi məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 1216 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed