Şrift:
Dövlət departamenti: «Rusiya Suriyaya silah satmaqla oda yağ tökür»
03.03.2012 [10:36] - Gündəm
Rusiya Suriyaya silah satmaqla oda yağ tökür. ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland bu fikirdədir.
«Bildiyiniz kimi, ABŞ heç vaxt Suriyaya silah satmayıb. ABŞ Rusiyanı xüsusən hazırkı böhran başlayandan və Xümsə hücumdan sonra bu cür satışların nə dərəcədə düzgün olduğunu qiymətləndirməyə çağırıb. Biz Rusiya tərəfinə oda yağ tökməklə oynadığı rolun nə dərəcədə təhlükəli olduğunu bir daha bildiririk», deyə Nuland jurnalistlərə bildirib.

DAVAM.AZ "Silah satmaq" yarışı keçirilir. Bir olkə Suriyanın iqtidardakılarına silah satmaqda ittiham olunur, digər ittiham edənlər isə müxalifəti silahlandırır.
Nəticə: Camatlaşmış, təriqətləşmiş və etnik kimliklərinə görə parçalanmış müsəlmanlar biri-birini həmin silahlarla yox edir...
Bu xəbər oxucular tərəfindən 1241 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed