Şrift:
Şahmat Olimpiadasının ikinci turununda millimizin rəqibləri müəyyənləşib
03.09.2016 [10:33] - Gündəm, İdman
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında ikinci turun təqvimi müəyyənləşib.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən verilən məlumata görə, kişilərdən ibarət əsas millimiz Makedoniya ilə qarşılaşacaq. İkinci yığmamız Litvanı, üçüncü komandamız isə Belarusu sınağa çəkəcək.

Favoritlərdən Rusiya Türkmənistanla, ABŞ Şotlandiya ilə, Çin Belçika ilə, Ukrayna isə Albaniya ilə üz-üzə gələcək.

Qadınlardan ibarət əsas millimizin rəqibi Meksikadır. İkinci komandamız Monqolustan, üçüncü yığmamız isə Türkiyə ilə üz-üzə gələcək.

Favoritlər Çin Monteneqronu, Ukrayna Moldovanı, Rusiya Ekvadoru, Gürcüstan Filippini, Hindistan isə Braziliyanı sınağa çəkəcək.
Bu xəbər oxucular tərəfindən 551 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed