Şrift:
NASA-nın kosmik vasitəsi “Juno” Yupiterə çatmaq üçün 5 il yol gedib
04.09.2016 [09:10] - Gündəm, Hadisə
Sputnik-in verdiyi xəbərə görə, ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinə (NASA) aid kosmos vasitəsi “Juno” iyul ayında orbitinə girdiyi Yupiterdən bugünədək ən dəqiq görüntüləri göndərib.

Yupiterdən indiyə qədər alınan ən yaxın görüntüləri qiymətləndirən Amerikalı elm adamı Scott Bolton Yupiterin şimal qütb dairəsinin gözləniləndən daha fırtınalı olduğunu və planetin daha mavi göründüyünü söyləyib. Bolton bildirib ki, bu görüntünün Yupiter olaraq qəbul edilməsi xeyli çətindir. “Juno”nun göndərdiyi ətraflı görüntülər, daha əvvəl heç görmədiyimiz və xəyal etmədiyimiz şəkildədir. O, görüntülərdə buludların kölgələri olduğuna dair işarələrə diqqət çəkib. Günəş sisteminin ən böyük planeti Yupiterin sirlərini öyrənmək üçün 5 avqust 2011-ci ildə kosmosa göndərilən “Juno” 5 il davam edən səyahətdən sonra 5 iyulda Yupiterin orbitinə girmişdi. Sıx radiasiyaya dayanıqlı olmasına baxmayaraq bu kosmos vasitəsinin orbitə yaxınlaşması zamanı tədbir məqsəd ilə bağlanılan kamerası və avadanlığı, orbitə girdikdən bir neçə gün sonra təkrar açılıb. Beş illik müddətdə 2,8 milyard kilometr qət edən “Juno” 20 fevral 2018-ci ildə Yupiterin şiddətli atmosferinə düşüb yanaraq missiyasını tamamlayacaq.

Read more: http://sputnik.az/science/20160903/406964463/yupiterin-yeni-sekilleri.html
Bu xəbər oxucular tərəfindən 600 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed