03.03.2012 [14:52] - Güney Azərbaycan xəbərləri, Siyasət
Milli Məclisin Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən ibarət nümayəndə heyəti martın 5-də Belçikanın paytaxtı Brüsselə səfərə yola düşəcək. Nümayəndə heyətinə deputatlar Fərəc Quliyev, Elxan Süleymanov, Fuad Muradov, Zahid Oruc, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, Azər Kərimli və Ceyhun Osmanlı daxildirlər.
Deputatlarımız Belçika Parlamentinin Nümayəndələr Palatasında təşkil edilən “Dağlıq Qarabağ münaqişəsi – hüquqi və humanitar aspektlər”, “İşğal edilmiş ərazilər, unudulmuş ərazilər” mövzularında müzakirələrdə iştirak edəcəklər.
Tədbir 1988-ci ildən indiyədək Azərbaycanın keçdiyi tarixi yolu və Dağlıq Qarabağ regionundakı mövcud humanitar vəziyyəti ictimailəşdirmək, həmçinin Belçikanın siyasi hakimiyyət dairələrinin diqqətini bu vacib məsələyə yönəltmək məqsədi daşıyır. Müzakirələrdə ölkənin tanınmış siyasətçiləri, rəsmi dövlət adamları və deputatlar iştirak edəcəklər.
Milli Məclisin deputatları müzakirələrdə fəallıq göstərəcək, Azərbaycan reallıqlarını, Dağlıq Qarabağ həqiqətlərini bir daha Avropa ictimaiyyətinin diqqətinə çatdıracaq, münaqişənin həllində destruktiv mövqe tutan işğalçı Ermənistanın riyakar siyasətini ifşa edəcəklər.
Səfər çərçivəsində Azərbaycan parlamentarilərinin Belçika Parlamenti Nümayəndələr Palatasının sədri Andre Flaho ilə, həmçinin Belçika diplomatiyasının nüfuzlu nümayəndələri ilə görüşləri də nəzərdə tutulur.
Səfər martın 8-də başa çatacaq.

Bu xəbər oxucular tərəfindən 1938 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |