05.09.2016 [08:34] - Gündəm, DAVAMın yazıları
Əlisa Nicat, keçmişimizdən bu günümüzə olduğu kimi, gələcəyimizə də mənəvi nicat körpümüzdür.
Böyük düşünər (mütəfəkkir), canlı ensiklapedya, müəllim (öyrətmən) Əlisa Nicatla qiyabi tanışlığım onun, 1964-cü ildə, “Gənc şairin ilk kirtabı” sırasında çap olunmuş “Yay axşamı” adlı kiçik, qırmızı, qürub çağı rəngində şeir bitikcəsiylə (kitabçasıyla) bir az sonra olmuşdur. Bitikçədən (kitabçadan) yadımda qalan misralar: “Yandı bir an içində, göyün əlvan şamları, Lənkəran axşamları, Lənkəran axşamları.” (“Lənkəran axşamları” şerindən)...
Bu doğma misralar, hər gün səhər, əhatəsində çoxundan xəbərsiz yaşadığımız dünya bilməcələrinə gənclik heyrəti ilə açılacaq ecazkar güney mənzərələrinin girişi də sayıla bilər. Doğrudan da, dünyamızda atamız və anamız olan təbiət yaradıcılığından başqa və zəngin heç nə yoxdur. Sonra, sanki dahilərin cığırdaşı olan çağdaşlarının xəbisliklərindən, onun gənclik uçuşunu 20 il yubadılmaqla gerilədən, yalnız, 1983-cü ildə çap olunmuş, milli mənlik şüurumuzda ildırımtək çaxan, 50 manata əlbəəl axtarılan məşhur “Qızılbaşlar” romanı...
Mən, sözönünün (epiqrafın) birinci hissəsində ifadə olunan fikri Əlisa müəllimin 60 illiyində demişdim. Onun barəsində 20 il qabaqkı fikrim azca əlavə olunmaqla dəyişib, qalan özəti (“Əlisa müəllim, keçmişimizlə bu günümüz arasında bir Nicat körpüsüdür.”) yerindədir. Nədən? O səbəbdən ki, bu kişi, əhatəsində olduğumuz türk düşmənlərinin yüzillərlə bizdən ayırdığı, saxtalaşdırdığı tarixi keçmişimizi, habelə, bəşərin mənəvi sərvətlərinin xasını-tarixini, fəlsəfəsini, musiqisini, ədəbiyyatını, incəsənətini-sanki, iynəylə gor eşməklə axtarıb, arayıb millətin, xalqın malı etmişdir ki, bunlarsız xalq, yalnız, kütlə şəklində mövcud ola bilərdi. Xalqın, təbii axarıyla, yaxud, məqsədli olaraq tərbiyəsiz, elmsiz, ortadan çox aşağı səviyyəli, cahil saxlanıldığı qismi kütlə adlanır. Əlisa öyrətmənin (müəllimin) xidməti bizi, yalnız, quruca (statik) faktlarla görüşdürmək, tanış etmək deyil. O, həm də, bütün bu olaylara hökmən öz fikrini bildirməklə, oxucunu öz ardıyca sərbəst düşüncəyə doğru sövq edir, sanki dartır ki, bu məziyyəti də onu, bir düşünər (mütəfəkkir) kimi qəbul etməyimizi diqtə edir. Başqa sözlə, o, bizi məlimatlandırmaqla yanaşı, həm də düşündürməklə, dünyadakı adi, düşüncəsiz hesab etdikləriimiz digər canlılardan ağılca daha çox irəli getməyimizə, yəni, sağlam düşüncəli, mənlikli bir insan olmağı tərbiyə edir ki, bu da onun, xalqımız və bəşəriyyət qarşısında ən böyük xidməti sayılmalıdır.
O, nədən yazırsa, danışırsa səni düşünməyə sövq, bəzən də özüylə elə mübahisəyə cəlb edir ki, yorulub əldən düşənəcən onunla bölüşür, çarpışırsan. Onunla, bizi maraqlandıran mövzularda, bəzən saatlarla olan, az qala bütün elmlərin iştirak etdiyi mübahisələrim, söhbətlərimin ən dolğun, yaddaqalan və ləzzətliləridir-desəm, yəqin ki, səhv etmərəm. Bir sözlə, onunla, yalnız, müstəsna düşüncə sahiblərinin gəzişə biləcəyi “fikir dünyasında, meydanında” cövlan edir, yaşayırsan ki... bax, bu da - dahilərin mənəvi qidası, yaşam tərzi, ömürdən sayılacaq ləzzət (ekstaz) anlarıdır...
Əziz oxucu, mən çox istərdim ki, Əlisa məllim haqqında mümkün qədər qısa, konkret və əhatəli yazım, lakin, onun işinin (baxmayaraq, hamısı ilə tanış deyiləm, yalnız həvəskar oxucusuyam) həcmi, məna yükü qoymur, odu ki, söhbəti hələ bitirməməyimi üzürlü sayın, lütfən...
1977-ci ildə rusca V.F.Asmusun “Antik fəlsəfə”, İ.S.Narskinin “XIX əsr Qərbi Avropa fəlsəfəsi”, A.X.Qorfikkelin 1980-ci ildə yenə rusca “İntibah dövrünün fəlsəfəsi” adlı bitikləri (kitabları) aldıqda, məni sevinclə yanaşı bu dildə danışanlara bir həsəd və... özümüzkü(lərdən) adlananlardan umacaq hissi də bürüdü ki, görəsən nə vaxtsa bu əsərlər bizim dildə millətin malı ediləcəkmi, xalqın bəsirət gözünün görmə sahəsi, qavramı dünya fəlsəfəsi qədər genişlənəcəkmi?
Fəlsəfə ədəbiyyatımızda belə bir ilk, yalnız, 1995-ci ildə, Əlisa Nicatın “Dünya fiolsofları” (160-dək düşünər (mütəfəkkir) haqda antalogiya və ensiklopediya), ikincisi, 2005-ci ildə “Müdriklik məbədi”(170 düşünər (mütəfəkkir) haqda əvvəlkinin genişləndirilmiş formatı, antalogiya və ensiklopediya) bitikləri (kitabları) oldu.
Gəlin razılaşaq ki, bu iki toplu, Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunun hazırlamalı olduğu çox qiymətli əsərlərdi ki, Əlisa Nicat təkbaşına hazırladı. ”Dünya filosofları”nı öz evini sataraq, onun puluna çap elətdirdi... İndi o, artıq əsərlərinin nəzərdə tutduğu 50 cildliyin, 24-cü cildini çap etdirir. “Tərsinə Peyğəmbərlik” adlanan XXIII cildi oxuduqda mən, rəsmi tarix bitiklərindən (kitablarından) oxuya bilməyəcəyim ən nadir (unikal) tarixi olaylarla tanış olduqca, müəlliflə birgə düşündüm, sanki əlçatmaz qədimləri əcdadlarımızla birgə yaşadım, zənginləşdim, soykökümlə qürur duydum, öz gözümdə daha bir boy ucaldım və bu cildə belə bir rəy yazası oldum: “Milli yaddaşımızın bərpası, qoruyucusu sayılacaq bu kitaba görə, xalqımız adından, Əlisa müəllimə təşəkkürümü (varolumu, sağolumu) bildirirəm. Qədimdən indiyədək saldığı milli nicat körpüsü ilə adını (ayamasını) doğruldan Əlisa Nicata sağlam və uzun ömür dilərəm! 08.08.2015.” Bu, yaradıcı üçün uyğun qiymətdir, fikrindəyəm. İki gün sonra, onun öz həyətində, dostlarla qeyd etdiyimiz 79 illiyində, bəzi qısılmalara (məhdudiyyətlərə) baxmayaraq, ürəyimi boşaltdım...
Sonradan, bir dostumuzun “Məmmədxan müəllim, bilirsiz, gərək tarixlə, tarixçilər, fəlsəfə ilə, filosoflar, şeir yazmaqla şairlər, bir sözlə, hər işlə öz peşəkarı məşğul ola, yoxsa, aləm qarışar biri, birinə, necə ki, qarışıb da. Hamı, hər şeylə məşğul olur, lakin, ortaya nümunəvi bir iş qoyulmur, çünki, peşəkar yaradıcılıq yoxdur.”
Ümumiyyətlə, fikir məlum və düzdür, deyə, razılığımı bildirsəm də, bu fikrin xüsusi hallar üçün heç də yaramadığını dedim. Axı, peşəkarda, həm də xüsusi yaradıcılıq qabiliyyəti olmalıdır, bu yoxsa, həyat beləsinin nə vaxt yaranacağını nə qədər “gözləməlidir”, məlum deyil? Odu ki, heç gözləmir də, sənin “ştatlı, soz sahibi, peşəkar” hesab etdiyinin əvəzinə, öz təbii seçmə sınaqlarından salamat çıxartdığını bizə təqdim edir. Necə ki, Əlisa Nicatı yetirib. Bu adam, özü boyda, bu gün artıq səksən yaşlı bütöv bir istisna deyilmi? Buna, istənilən qədər numunə var, məsələn, məktəb oxumamış dahilər, sərkərdələr, hökmdarlar ki, bunların heç biri zirvəsinə yüksəldiyi sahənin ali təhsil almış peşəkarı olmayıb. Məsələn, Mete Xan, Bilgə Xaqan, Oğuz Xaqan, Attila, Çingizxan, Əmir Teymur, Şah İsmayıl Xətai, Napalyon, Suvorov, Lenin, Stalin, M.Rəsulzadə, M.Bağırov, Üzeyir Hacıbəyli, Mao Tsze Dun, Xomeyni və sairə.
“Fəlsəfi fikrin yoxsulluğu” adlı yazısında “Fəlsəfə və Hüquq İnstitutumuzun bəhrəsizliyi və səmərəsizliyi”ni dilə gətirən Əlisa müəllimin haqlı olduğunu mərhum İsmayıl Şıxlının yasında, Fəlsəfə və Hüquq İnstitunun direktoru, fəlsəfə elmləri doktoru mərhum Aslan Aslanov müəllifə etiraf etmişdir. Əlisa Nicat 1999-cu ildə dostumuzun da fəal iştirakıyla, Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunun ilk fəxri fəlsəfə doktoru adına layiq görülmüşdür. Onun “Müdriklik məbədi”nə sonrakı direktor, fəlsəfə elmləri doktoru Əli Abbasovun “Qeyri-adi nəşr” adlı yazısı da bu kişinin işinə səmimi, obyektiv, yüksək qiymətdir.
Əlisa müəllim, ixtisasca bir filoloq kitabxanaçıdır, şeir, povest, roman yazmaqla yaradıcılığa başlayıb, bu günsə o, qədirbilən oxucuları üçün yazıçı, publisist, nəhayət müdrik bir düşünərdir (mütəfəkkirdir). Göründüyü kimi, o, peşəkar filosof, peşəkar tarixçi deyil, yəqin ki, heç olmaq da istəməz. Çünki o, düşüncəsi çərçivə tanımayan azad fikir sahibidir. Dostumuzun fikrincəsə, o, fəlsəfi, tarixi mövzulara girişməməliymiş... deyilmi? İndi, belə düşünənlərdən soralım: - hansı çağdaş peşəkar filosofumuz, yaxud, fəlfəsə institutumuz, cism və hadisələrin qavramında, özüylə birlikdə oxucunu da düşüncəyə, onun kimi “qərq” edib, hansı müasir tarixçimiz, yaxud, tarix institutumuz, çoxu üçün əlçatmaz tarixi mövzular toplusunu oxucuya onun kimi “yedizdirib”, XX əsrin 59-60-cı illərində 20-dək azərbaycan (oxu, türk) sözünün şumer dilində olduğunu ortaya çıxarıb (“Qobustan” jurnalı), nadir mənbələrdən, nə qədər tarixi, fəlsəfi mövzuları dilimizə çevirib, “Qızılbaşlar”, “Mələklər və iblislər”, “Ruhların söhbəti” və sairə (50 cildlik) kimi oxucunu “ovlayan” əsərləri bədiiləşdirməklə ibrət nümunəsi olacaq milli tərbiyə məktəbi yaradıb, onun etdiklərinə bərabər işlər görüb? Bu cür məhsuldar, nadir düşüncə, bədii yaradıcılıq adamına necə, hansı mənəvi, hüquqi əsasla hansısa hədd qoymaq olar? Halbuki, bəzilərinin hələ də həsrəti (nastoljisi) ilə yaşadığı Sovet rejimi, ona belə bir hədd qoya, çərçivəyə sala bilməyib? Bəlkə, bir növ sovet vaxtı olduğu kimi, bu gün də, dünyanı qavramaq üçün fəlsəfə institutundan, tarixə baş vurmaq üçün tarix institutundan, şeir yazmaq üçün yazıçılar birliyindən, başqa sözlə, bu sahələrin peşəkar (namenqlatur) bürokratlarından rəy, icazə (lisenziya) alınmalıymış, bilməmişik?... Görünür, belə qısıq (məhdud) düşüncəlilər, bütövıükdə düşüncə qıfılını qıra bilməyən əsl sovet (homo sovyetus)-çərçivə adamlardır. Gülünc olduğu qədər də, qayğılandırıcıdır, çünki, bu çərçivə adamları hələ də “Stalin adına adamüyüdən dəyirman” dəzgahının, rejiminin davamçıları kimi, bizim taleyimizi müəyyənləşdirirlər... Əslində, bu keyfiyyətsizliyin əsl adı budur.
Əlisa Nicatın təkcə (hələ başqa əsərlərini demirəm), “Fəlsəfi dünya” adlanan XXI cildini oxusan, onun peşəkar filosoflardan, “Tərsinə peğəmbərlik” adlanan XXIII cildini, “Qəhrəmanlıqdan, köləliyə (Türklər keçmişdə və indi.)” adlanan XXIV cildini oxusan, peşəkar tarixçilərdən nə qədər fərqli, üstün bir analtik, olduğunu görə bilərsən.
Görünür, adına cəmiyyət deyilən, zərrəsi olduğumuz mövcud bulanıq sosial qatışıqda, varlığı ilə barışmaq istəmədiyimiz, peşəkarlar olsa da, lakin xüsusi yaradıcılıq qabiliyyəti olmayan bu mənəvi qısırlarla “dinc yanaşı” yaşama zərurətini qəbul etməkdən başqa çarəmiz də yoxdur...
Əlisa müəllimin də vaxtaşırı xatırlatdığı, Aristotelin (Metofizika) “...Zira, müdrik adam göstəriş almalı deyil, göstəriş verməlidir və daha az müdrik olduqları üçün başqaları ona itaət etməlidir” fikri, əlbəttə ki, daima qüvvədə olacaq. Odu ki, məsləhəti ilə yaşamalı olduqlarımıza verdiyimiz məsləhət, elmin, həyatın sınağından salamat çıxmayıbsa... susmalıyıq və özümüzdən müdrikə qulaq asmalıyıq.
Deyilənə görə, İstanbulun fəthindən sonra, Fateh Sultan Mehmet İstanbulun fəthinin mənəvi atası, əslən Gəncəli Ağ Şəmsəddini ziyarətə getmiş, müəllimindən onu yenidən tələbəliyə, dərvişliyə qəbul etməyini xahiş etmişdir. Ağ Şəmsəddinsə təklifi rədd edərək, belə cavab verib: "Sultanım, sən bizim daddığımız ləzzəti dadacaq olsan, səltənəti buraxarsan. Dövlət işlərini tam edə bilməzsən...” deyir.
Başqa sözlə, müdriklərin öz düşüncələrindən aldıqları dad, ləzzət o qədər üstün və cəlbedicidür ki, o mərhələyə çatmaq, Osmanlı İmperiyası kimi - çox hökmdarların arzusu, xəyalı olan bir xanədanın, çətin və şərəfli idarəçiliyini belə unutdura, yadırğada bilər, deyə, Ağ Şəmsəddin, Fateh Sultan Mehmetlə uzun illərin tələbə, müəllim münasibətlərinə son verilməsi zərurətini dərk edərək, təklifi rədd edir. Ağ Şəmsəddin güman ki, müəllimi olduğu Mehmet Sultanın, özünə uyğun dövlət görəvlisi də ola bilərdi, yəqin, elə sultana izah etiyi səbəbdən də olmayıb.
Bax, Əlisa müəllim, həmən Ağ Şəmsəddinin - Osmanlı İmperiya idarəçiliyi zəifləyər, deyə, Mehmet Sultana dadızdırmaq istəmədiyi, lakin, özünün həyat tərzi olaraq yaşadığı müdriklik səviyyəsindədir. Belə müdrikləri daha böyük, haçansa, bəşəri nailiyyətləri yox edəcək, kainatı cansızlığa, kosmik şaxtaya sovurmaqla, bu gün bizimçün qeyri-müəyyənliyə göməcək... Qara Dəlik kimi qlobal məsələlərin həlli düşündürür... nəinki, məhəlli.
Sonda, milli yaddaşımızın bərpaçısı, qoruyucusu kimi, qədimdən indiyə və gələcəyədək saldığı milli düşüncə körpüsü ilə öz diriıik heykəlini yaradan Əlisa Nicata (Qulam oğlu Hüseynova) türk milləti, döğma Azərbaycan xalqı adından 80 illik varlığı münasibətiləvarolumu, sağolumu (təşəkkürümü) bildirir, ona, sağlam və sözləri yaşayacaq qədəruzun ömür diləyirəm.
Dost payıtək təqdim etdi: hüquqşünas Məmmədxan Əzizxanlı.
28.05.2016
Sözardı: Hörmətli, oxucu, XXI cilddə (səh.98) “Həyat nədir, Allahın kəşfi və ya elementlərin oyunu” adlı yazısını oxuduqdan sonra mənə aydın oldu ki, Əlisa Nicat haqqındakı bu yazım, onun yaradıcılığının özətini (mahiyyətini) əhatə edəcək qədər dolğun, tam (mükəmməl) deyil, çox yarımçıqdır... Əlisa Nicat yaradıcılığını tam, dolğun əhatə edə biləcək yazı, yalnız, bu yazıya mahiyyətcə münasibət bildirən, onunla “mübahisə” edə bilən, onun özünə yaxın səviyyəli, gələcək tədqiqaçılarının işi ola bilər.
06.06.2016

Bu xəbər oxucular tərəfindən 632 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |