Şrift:
İRANIN MOSKVADAKI DİPLOMATLARININ HESABLARI DONDURULUB
03.03.2012 [15:58] - Gündəm
Martın 1-də Rusiyanın “VTB 24” bankı İranın Moskvadakı səfirliyinin işçilərinin hesablarını dondurub. “Media forum” saytının məlumatına görə, “VTB 24” bankından İranın Rusiyadakı səfiri Mahmudrza Səccadiyə deyiblər ki, səfirliyin işçiləri bank hesablarındakı vəsaitləri dərhal çıxartmalıdır.

Mahmudrza Səccadi bildirib: “Martın 1-i saat 15-də səfirlikdən bizə dedilər ki, səfirlik işçiləri axşam saat 18-ə qədər hesablarındakı pulları çıxarmalıdırlar, əks təqdirdə bütün hesablar dondurulacaq. Bank rəsmilərinə bildirildi ki, bunu qısa zamanda etmək mümkün deyil. Vaxt istədik. Lakin dedilər ki, bu mümkün deyil.

Mən əvvəlcədən qərarlaşdırılmış bir iclası ləğv etmək məcburiyyətində qaldım. Məsələni öyrənmək üçün durub birbaşa banka getsəm də, orada kredit kartımın dondurulduğunu öyrəndim. Məlum oldu ki, bank saat 18-ə qədər vaxt verməsi barədəki vədinə də sadiq qalmayıb. Mən “VTB 24” bankının azacıq xarici sərmayə üçün baş əyən, əxlaq prinsipləri və meyarlarını ayaq altına atan rəhbərliyinin bu əməlinə görə təəssüflənirəm”.

Mahmudrza Səccadinin bildirdiyinə görə, Rusiyanın “VTB 24” bankı ABŞ-ın İrana qarşı siyasətindən təsirlənərək belə bir addım atıb.
Bu xəbər oxucular tərəfindən 965 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed