15.09.2011 [09:45] - Xəbərlər
Şəhidlikdə ucaldılmış düşmən abidəsi
Tarix amansız haqsızlıqları ilə zamana meydan oxuyur. Qəhrəmanın xalq düşməni, düşmənin qəhrəman kimi qələmə verildiyi, beynimizə zorla yeridildiyi, yetmiş ilin yalan “həqiqət”ləri, əslində bizi doğru olandan yanıltmağa xidmət edib. Sovet imperiyası bununçün çox çalışsa da hər zaman xalqın dəmir milli iradəsilə qarşılaşıb.
Məlum olduğu kimi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdə Azərbaycan əraziləri tam şəkildə ingilis-rus-erməni birləşmələri tərəfindən işğal olunmuşdu. Bu işğal zamanı daşnak-bolşevik birləşmələri ölkədə sayı-hesabı hələ də tam bəlli olmayan soyqırımı həyata keçirmişdilər ki, buna da ingilis komandanlığı və ingilis diplomatları dəstək vermişdilər. Onlar da Azərbaycanın sərvətinin talanmasında daşnak-bolşevik birləşmələri ilə əlbir olmuşlar. Respublikamızın əraziləri bu işğaldan hərb yolu ilə təmizlənərkən minlərlə vətəndaşımız və soydaşımız şəhid olmuşdur. Bu işğaldan sonra azadlığını əldə etmiş Azərbaycana viran olmuş el, talanmış şəhər-kəndlərimiz, yetimlər, dullar, övladını itirənlər, bir də bütün ölkəni əhatə edən kütləvi məzarlıqlar və şəhid xiyabanlıqları qalmışdır. Həmin şəhid xiyabanlarından ən böyüyü indiki Şəhidlər Xiyabanının ərazisində salınmışdır. Çox acınacaqlı haldır ki, bu xiyabanda həmin şəhidlər xiyabanının yaranmasının səbəbkarlarından olan “ingilis əsgəri”nin “şərəfinə” abidə ucaldılıb və abidənin üzərində bu sözlər əks olunub:
“Onlar öz vətənlərinə xidmət edərkən şərəflə şəhid oldular və Azərbaycan onların əbədi məzarı oldu. Onların adı daim yaşayacaq”.
Bu nə dərəcədə qəbulolunandır?! Əslində bunun bir açıqlaması olmalıdır. Azərbaycan olaraq bu səhvə yol verdiyimiz üçün biz canlarını düşünmədən bizim uğrumuzda qurban verən o şəhidlərin qarşısında suçluyuq. Bu, şəhidlərimizin bu torpağa düşən hər damla qanına təhqirdir.
Analoji olaraq belə bir müqayisə aparaq: Təsəvvür edin ki, 1990-cı ildə yaranmış indiki Şəhidlər Xiyabanında bu xiyabanın yaranmasına bais olmuş rus əsgərinin “şərəfinə” abidə qoyulur. Bu da eyni xəcalətdir, 1918-ci ildə salınmış Şəhidlər Xiyabanının üzərində həmin xiyabanın yaranmasına bais olan müttəfiq qoşunlardan birinin ölmüş əsgərlərinə abidə qoyulub!
Hansı ki, həmin abidənin üzərində yazılanlar silinərək tarixi həqiqətlər-həmin Şəhidlər Xiyabanının yaranmasının səbəbkarlarından olan ingilis əsgərinin 1918-19-cu illərdə Azərbaycanda törətdiyi hadisələr və əməllər əks olunmalıdır. Tək ingilis əsgərinin yox ümumiyyətlə şəhid xiyabanlarının yaranmasına bais olmuş bütün işğalçıların əməlləri qeyd edilməlidir. Və abidənin üzərindəki mətn Azərbaycan, ingilis, rus və ərəb dilləri də daxil olmaqla bir neçə dildə yazılmalıdır!
Ümid edirik bu rəzalət müvafiq orqanlar tərəfindən tezliklə aradan qaldırılacaq!
Həbib Ələkbərsoy /davam.sapphire.mysitepreview.co.uk/

Bu xəbər oxucular tərəfindən 2220 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |