Şrift:
Putin: İrana hücum olarsa, Azərbaycana çoxlu qaçqın gələcək
03.03.2012 [16:09] - Gündəm, Siyasət
Rusiya İranla bağlı hərbi münaqişənin qarşısını almaq üçün mümkün hər şeyi edəcək - Rusiya Baş Naziri Vladimir Putin belə deyib.Rusiya telekanalları onun xarici media rəhbərləri ilə görüşündən görüntülər yayımlayıb.

Dövlət nəzarətində olan 1-ci Kanal cənab Putindən sitat gətirərək deyib ki, Rusiya İrana qarşı hərbi təzyiqlərə "qətiyyətlə qarşı çıxıb" və bunun üçün öz praqmatik səbəbləri var."İran əhalisinin əhəmiyyətli hissəsi etnik azərbaycanlılardır.

Şübhəsiz (İrana qarşı hərbi hücum) Azərbaycana böyük qaçqın axınına səbəb olacaq. Bizim Azərbaycanla xüsusi əlaqələrimiz var. Rusiyada 1 milyondan çox azərbaycanlı yaşayır. Bu, bizim iqtisadi, sosial və siyasi mövqeyimizə mənfi təsir göstərə bilər" - 1-ci Kanal Putinin bu sözləri dediyi kadrları nümayiş etdirib.
Bu xəbər oxucular tərəfindən 1557 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed