06.09.2016 [11:42] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Konstitusiyada dəyişikliklərin edilməsi Azərbaycanda başlayan islahatların davamı kimi qəbul olunmalıdır.
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib.
Millət vəkilinin sözlərinə görə, istənilən dövlət inkişafda olur və bu, sabit, susqun proses deyil ki, hansısa qanun qəbul olunsun və nə qədər kamilləşmə olursa-olsun, dəyişiklik olmasın:
"Yəni cəmiyyət, dövlət inkişaf etdikcə yeni hüquqi tələblər ortaya çıxır və qanunların təkmilləşməsinə zərurət yaranır. Ona görə də onlara müəyyən qədər dəyişikliklər edilməlidir. Dövrün tələblərinə uyğun olaraq müəyyən qanunlar qəbul olunur. Ölkədə Avropa təsisatları inkişaf etdikcə, ortaya yeni tələblər çıxdıqca, təbii ki, müəyyən addımlar atmaq lazım gəlir. Ölkə Konstitusiyasında dəyişikliklər edilməsi isə Azərbaycanda başlayan islahatların davamı kimi qəbul olunmalıdır. Çünki ölkədə müəyyən islahatlar aparılır və onların davam etdirilməsi üçün yeni hüquqi bazanın formalaşdırılması çox vacib şərtdir".
Onun fikrincə, ölkə başçısının Konstitusiyada dəyişikliklə təşəbbüslə çıxış etməsi çox normal haldır: "Əgər məsuliyyət prezidentin üzərindədirsə, onun hüququ var ki, müəyyən çevik davranış modelləri yaratsın və onu hüquqi baza ilə təmin eləsin. Konstitusiyada nəzərdə tutulan dəyişikliklər arasında insan hüquqları ilə bağlı məqamlar çoxdur. Eyni zamanda yeni maddələr də var ki, bunlar parlamentə seçkilərdə yaş həddinin aradan qaldırılması, prezidentin səlahiyyət müddətinin uzadılması, ölkənin siyasi sistemi üçün tam yeni olan birinci vitse-prezident və vitse-prezident vəzifələrinin müəyyənləşdirilməsi ilə bağlıdır. Hesab edirəm ki, bunlar normal dəyişikliklərdir".
F.Quliyev hesab edir ki, bu və bir neçə gündən sonra ümumxalq səsverməsinə çıxarılacaq digər dəyişikliklər Azərbaycan Konstitusiyasında yer almalıdır: "Məsələn, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilədək uzadılması düzgün addımdır. Çünki tez-tez seçki keçirməkdənsə, prezidentə daha çox səlahiyyət müddəti vermək və ona qarşıya qoyulan proqramların icrasına imkan yaratmaq daha yaxşıdır. Yaxud da vitse-prezidentlik institutunun təsis edilməsi. Bu da müsbət yenilikdir. Burada iş bölgüsü, müəyyən prinsipial məsələlərlə təkcə prezidentin özü məşğul olduğu halda müəyyən sahələrdə, haradasa ləngimələrin olmaması və çevikliyin təmin edilməsi üçün vitse-prezidentlər arasında məsuliyyətin bölüşdürülməsi çox mühüm məsələlərdir. Bundan əlavə, Milli Məclis və kollegial orqanlarla bağlı dəyişikliyin olması da normaldır. Xüsusən, əgər bir kollegial orqan mühüm qərarların qəbul olunmasında tormoz mexanizmi kimi fəaliyyət göstərəcəksə, o zaman hamımız onun aradan qaldırılmasının tərəfdarıyıq. Söhbət təkcə bu gündən getmir. Ümumiyyətlə, dövlətin inkişafında belə məsələlər çox mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, bütün sadaladığım, eləcə də digər məsələlər dövrün tələbinə, çağırışına uyğun olaraq normal yanaşmalardır və məncə, onlar Konstitusiyada öz əksini tapmalıdır".
Qeyd edək ki, sentyabrın 26-da Azərbaycanda ölkə Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı ümumxalq səsverməsi keçiriləcək.

İlkin İzzət
Milli.Az
Milli.Az
Bu xəbər oxucular tərəfindən 632 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |