08.09.2016 [06:19] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Dağlıq Qarabağ probleminin həllində kənardan bizə nə təzyiqlər olursa-olsun, hesab edirəm ki, Azərbaycan ciddi şəkildə toparlanmalıdır. Bütün daxili qüvvələr və siyasi spektrlər milli güc kimi bir yerdə olmalıdır. Azərbaycan son dəfə xəbərdarlıq etməli və müəyyən vaxt verməlidir ki, əgər onadək problem həll edilməzsə, o zaman biz ərazilərimizi düşməndən təmizləməyə başlayacağıq və buna hazırıq.
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib.
Millət vəkilinin fikrincə, Dağlıq Qarabağ probleminin həlli üzrə danışıqların effekt verməsi çox az inandırıcıdır: "Çünki aprel döyüşlərindən sonra bütün beynəlxalq təşkilatlar Azərbaycana "dur" dedi, Azərbaycan da "yaxşı, biz məsələni hərb yolu ilə həll etmirik, əgər siz dinc yolu bilirsizsə, onda tətbiq olunsun" mesajını verdi. Amma ötən müddət ərzində göründüyü qədər real nəticələr yoxdur. Ortada yalnız bəyanatlar var. Bu da təbii ki, Azərbaycana sərf etmir. Azərbaycan aprel savaşı zamanı göstərdi ki, imkanı var idi ki, həm beynəlxalq konvensiyalara, həm də Konstitusiyamıza uyğun olaraq, məsələni hərbi yolla həll eləsin. Bu onun hüququ, haqqıdır. Amma açığı, böyük güclər, beynəlxalq təsisatlar Azərbaycana mane oldular və guya ki, məsələnin dinc yolla həllində səy göstərəcəklərini bildirdilər. Amma hələ də heç bir nəticə yoxdur və ermənilər də öz işlərindədirlər. Ermənilər Dağlıq Qarabağa kənardan əlavə insanlar köçürməklə, oraya gətirilənlərin məskunlaşmasını həyata keçirməklə, yeni obyektlər inşa edib işə salmaqla göstərirlər ki, işğalçılıqdan əl çəkmək və Azərbaycan torpaqlarından çıxmaq fikirləri yoxdur".
F.Quliyev hesab edir ki, danışıqlar müddətsiz uzana bilməz. Əgər belə davam edərsə, Azərbaycan məsələnin hərbi yolla həlli üçün səfərbər olacaq: "Azərbaycan aprel döyüşlərindən sonra hərbi əməliyyatları saxlamaqla o dönəmdə doğru addım atdı və beynəlxalq ictimaiyyətə də göstərdi ki, biz daha güclü olmağımıza baxmayaraq, çağırışa əməl edərək dayanırıq, siz isə məsələni həll eləməlisiz. Azərbaycan prezidenti də dəfələrlə bəyan edib ki, bu danışıqların bir müddəti olmalıdır. Xarici İşlər Nazirliyi tərəfindən də verilən son bəyanat göstərir ki, danışıqlar sonsuz davam edə bilməz. Ermənistanın hansı mərhələdən başlayaraq ordusunu Azərbaycan ərazilərindən çıxarması, danışıqların hansı mərhələdə bitməsi konkret müddətə bağlı olmalıdır. Bu proses qeyri-müəyyən vaxta qədər uzana bilməz.
Əgər Azərbaycana təzyiqlər olacaqsa və bunun qarşısında bölgədə qeyri-sabitliyi istəyəmən qüvvələr də məsələyə əl qoyacaqlarsa, onda məsələnin həlli dinc vasitələrlə mümkündür. Yox, əgər proses bu formada uzanacaqsa və hər kəs "öhdənizə buraxırıq", "kompromis axtarın", "razılaşın" deyəcəksə, bu yanaşma ilə heç nə əldə etmək mümkün olmayacaq. Mən də hesab edirəm ki, Azərbaycanın səbrinin bir yerə qədər həddi var. Azərbaycan haqlı tərəfdir və məncə, artıq bütün imkanlarından istifadə etmək üçün səfərbər olacaq".
İlkin İzzət
Milli.Az

Bu xəbər oxucular tərəfindən 686 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |