03.03.2012 [16:45] - Gündəm, Gənclik
Martın 12-də Bakı şəhərində, Gülüstan Sarayında Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, qurultayda xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş təşkilatların nümayəndələrindən, respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçilərindən, dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alan fəal azərbaycanlı gənclərdən, eyni zamanda Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət 500-dək nümayəndə və qonağın iştirakı nəzərdə tutulub. Qurultay çərçivəsində 3 panel üzrə müzakirələr keçiriləcək. Birinci paneldə «Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması və cəmiyyətə inteqrasiyası mədəniyyətlərarası dialoqun vacib elementlərindən biri kimi» mövzusu ətrafında məruzələr ediləcək, müzakirələr aparılacaq. İkinci panelin mövzusu «Azərbaycan lobbi quruculuğu: müasir dünyanın reallıqları və tarixi təcrübə gənclərin baxış bucağında», üçüncü panelin mövzusu isə «Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yeni təbliğat üsullarından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi» olacaq. Panellər üzrə müzakirələr tamamlandıqdan sonra qurultay sənədlərinin müzakirəsinə başlanacaq. Dünya Azərbaycanlı Gənclər Birliyinin Nizamnaməsi, Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının qətnaməsi, təşkilatın 2012-2015-ci illər üçün Fəaliyyət Proqramı və digər sənədlər qəbul olunacaq. Daha sonra Dünya Azərbaycanlı Gənclər Birliyinin rəhbər orqanları seçiləcək.
Xatırladaq ki, «Azərbaycan Gəncliyi Dövlət Proqramı»na uyğun olaraq 2010-cu il noyabr ayında Almaniyanın Frankfurt şəhərində keçirilmiş Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin qətnaməsinə əsasən Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsilə əlaqədar təşəbbüs qrupu yaradılıb. 5 iyul 2011-ci il tarixində Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının III Qurultayının qətnaməsində Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi təşəbbüsü təqdir edilib və bu prosesin sürətləndirilməsi üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi öz əksini tapıb.

Bu xəbər oxucular tərəfindən 1424 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |