08.09.2016 [09:19] - Gündəm, Sosial
İctimai nəqliyyatında tez-tez rast gəlinən və sərnişinlərin şikayət etdiyi problemlərdən biri də avtobusların sərnişinlərlə birgə yanacaqdoldurma məntəqələrinə daxil olmasıdır.
Məsələyə münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, istər şəhər daxili, istərsə də şəhərlərarası avtobusların sərnişinlərlə birgə yanacaq doldurma məntəqəsinə daxil olub yanacaq doldurması qəti qadağandır.
Onun sözlərinə görə, yol hərəkəti qaydaları, ümumiyyətlə təhlükəsizlik qaydaları bunu birmənalı şəkildə qadağan edir: “Avtobus məntəqədə olduğu zaman sərnişinlər təhlükədə olurlar. Birincisi, sərnişin özü texniki-təhlükəsizlik qaydalarını pozub yanğına səbəb ola bilər. İkinci təhlükə isə odur ki, orada hər hansı fövqəladə hadisə baş verərsə, sərnişinləri xilas etmək daha çətin olacaq. Ona görə də qanun avtobusların sərnişinlərlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olmasını qadağan edir. Bu qadağanın pozulmasına görə məsuliyyət var. İnzibati Xətalar Məcəlləsinə əsasən, bu pozuntuya yol verən sürücü 60 manat məbləğində cərimə olunur və ona 3 cərimə balı yazılır”.
Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məsələ ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, avtobusların sərnişinlərlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olması yolverilməzdir.
O qeyd edib ki, burada əsasən sürücü, eyni zamanda yanacaqdoldurma məntəqəsinin rəhbərliyi məsuliyyət daşıyır: “Yanacaqdoldurma məntəqələrinin rəhbərlikləri diqqət yetirməlidirlər ki, sərnişin daşıyan avtobuslar yanacaqdoldurma məntəqəsinə sərnişinlərlə daxil olmasınlar. Çünki həmin vaxt məntəqədə hadisə baş verərsə, sözsüz ki, yanacaqdoldurma məntəqəsinin vəzifəli şəxsləri də məsuliyyətdən kənarda qalmayacaq”.

Bu xəbər oxucular tərəfindən 602 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |