Şrift:
TEHRANDA BİR GECƏ (hekayə)
08.09.2016 [09:41] - Gündəm, Gənclik, DAVAMın yazıları
“Bakı - Tehran” reysi yola düşür. Sərnişinlərdən xahiş olunur ki, təyyarəyə minsinlər – deyə hava limanındakı nümayəndə gözləmə salonundakılara səsləndi. Qalan bir neçə nəfər dərhal təyyarəyə doğru hərəkətə keçdi. Təkcə skamyaların birində oturub, hələ oxuduğu kitabdan ayrıla bilməyən Ayxan qalmışdı. Bir neçə saniyə içində o da kitabın sehrindən ayrılıb qalxmağa hazırlaşan təyyarəyə tələsdi. Təyyarəyə minib salonda özünə yer elədi. Xoşbəxtlikdən ona pəncərənin önü düşmüşdü. Sevinərək yerində oturan Ayxan, təyyarə qalxdıqca pəncərədən baxaraq, günü-gündən gözəlləşən Bakının əsrarəngiz görüntüsünə bir daha tamaşa elədi. Bir anlıq sanki o özünü bu “nazlı yar”-dan ayrılır kimi düşündü və cəmi bir günlüyünə getməsinə baxmayaraq, gözəl Bakı üçün darıxmağa başladı. Qəfildən gözləri doldu, ürəyi sıxıldı. Təyyarə buludlar arasında görünməz olduqda isə o “bir daha Bakını görə biləcəkmi” deyə dərin hüzn yaşadı. Halbuki heç də bu cur duyğulara qapılmağın yeri yox idi. Bir gün sonra Ayxan yenidən öz doğma şəhərində ola biləcəkdi. Amma Bakıda doğulan, böyüyən, özünə karyera quran 30 yaşlı bu emosional cavan görünür doğrudan da öz doğma şəhərinə möhkəm bağlanıbmış. Axı zarafat deyil düz 30 il onun qoynunda yaşamış, sevgisini, dərdini onunla - “coşqun” mavi Xəzərlə, “qoca” Qız Qalasıyla, dərin sirlərə malik Şirvan Şahlar Saray Kompleksiylə və s. bölüşmüş, acılı-şirinli günlərini onunla keçirmişdi...

Beləcə bir günlük ayrılmasına baxmayaraq Ayxan doğma Bakını özləyirdi artıq. Amma ürəyini rahatladacaq bir şey də vardı; haqqında kitablarda oxuduğu, təməlini ulu babası – Azərbaycanın böyük hökmdarı Ağa Məhəmməd Şah Qacarın qoyduğu, öz gözəlliyi və gizəmiylə nəinki İranda, bütün Şərqdə dillər əzbəri olan əzəli Türk yurdu – Tehranı görmək arzusu, həyəcanı ona inanılmaz dərəcədə xoş hislər bəxş etmiş, onu yeni maraqlı düşüncələrə vadar eləmişdi.

Tehran hazırda fars hökumətinin paytaxtı olsa da, yaranan andan indiyə qədər daima Türklərin yaşadığı, inkişaf etdirdiyi şəhər olmuşdu. Burada Azərbaycanın digər tarixi torpaqları Təbrizdən, Ərdəbildən və başqa şəhərlərdən nisbətən daha çox Türk yaşamasına baxmayaraq farslar da az deyildi. Çünki Tehran 200 ildən artıq bir zamanda “İran” adlanan dövlətin paytaxtı olmuşdu. Məs buna görə də Şərqdə öz şovinistliyi ilə tanınan farslar, Tehran başda olmaqla digər zəngin Türk şəhərlərini, vilayətlərini daima ələ keçirməyə çalışmış, “Cəmi-İran”-a sahib olmaq üçün böyük planlar qurmuşdular. Bu planların nəticəsi olaraq da 1925-ci ildə daxili siyasi çəkişmələrdən istifadə edərək “ağaları” ingilislərin köməyilə hakimiyyətə gəldilər. Ondan sonra əzəli Türk yurdu Tehran, beynəlxalq aləmdə fars şəhəri kimi təbliğ edilməyə, “Paytitaxti-Farsi” kimi tanınmağa başladı...

Ayxan Tehrana varan kimi dərhal burada yaşayan dostuna zəng etdi. Əvvəlcədən sözləşdiyi, əslən Ərdəbilli olan Güney Azərbaycan Türkü, gənc şair Uluxan Cavadi ilə bir kafedə görüşdən sonra o, bir neçə tanışın da iştirakıyla möhtəşəm şəhəri seyrə çıxdı. Uluxan ona bu neçə illər ərzində İranın ictimai-siyasi tarixini, Türklərin və farsların sosial yaşamını və ən əsası 1979-dan bu yana “dindar” kimi tanınan rejimin, hökumətin iç üzünü, Türklərə qarşı apardığı şovinist siyasətin dəhşətli məqamlarını, Güneyli soydaşlarımızın günahsız yerə həbs olunması, asılması, öz ana dilində təhsil ala bilməməsi və d. məsələləri danışmışdı. Ona görə də gəzintiyə çıxarkən Ayxan yaxşı əhvalda deyildi. Amma hər şey birdən-birə dəyişdi.

Tehranın bir neçə gəzməli-görməli yerini – Gülüstan Sarayını, İran Milli Muzeyini, Milad Qülləsini, Azadlıq Məbədini, Səadət Sarayını, İran Xalça Muzeyini və digər muzeyləri, Böyük Bazarı, Dərbəndi, Niyavaran Sarayını, Lalə Parkını, Azadlıq Stadionunu və s. - dünyaca məşhur bütün yerləri gəzən Ayxan axşama doğru dostlarıyla sağollaşıb gecəni keçirəcəyi otelə doğru yol aldı. Elə otelə azca qalmışdı ki, birdən onun könlünə bir az əylənmək və içki içmək düşdü.

Sözdə “yasaq” olan gecə əyləncəsi və içki üçün Tehranda saysız-hesabsız xüsusi yerlər vardı ki, bu yerlərdən hökumətin xəbəri olsa da göz yumur, onların vasitəsiylə Avropadan, Amerikadan və digər qeyri-islam ölkələrindən gələn turistlərin dincəlməsi üçün şərait yaradırdı. Həm farslar əzəldən içkiyə, eyş-işrətə, əyləncəli həyata meylli idilər, həm bu vasitələrlə İran özünü qlobal təzyiqdən, “Şimali Koreya” olmaqdan qoruyurdu, həm də istənilən zaman hər hansı Türkü həbs etmək, öldürmək üçün farsların əlində bu vasitələr daima sübut rolunu oynayırdı. Amma maraqlısı orasıydı ki, farslar beynəlxalq aləmdə nə qədər özlərini süni sürətdə “ali irq”, “xas xalq”, “yerli hakim” və s. kimi təqdim etməyə çalışsalar da, gecə əyləncəsindəki bütün xidmətlər – içki paylayan, narkotik satan, masaj və s. intim xidmətləri təşkil edən, hətta bəzi yerlərdə ucuz küçə fahişələri belə əksər hallarda farsların özlərindən olurdu. Çünki Türklər nə qədər ağır təzyiqə məruz qalsalar da belə mürtəd, murdar hesab edilən bu həyat tərzinə özlərini layiq bilmir, çoxunluqla bu və s. xidmət işlərindən boyun qaçırırdılar. Ortada bir fakt vardı, son yüz ilə qədər daima dünyaya hakim olmuş, öz ədaləti və insansevərliyilə tanınan, ən az 5000 illik dövlətçilik tarixi olan (yazılı mənbələr əsasında) Türklər məqsəd, səbəb, vəziyyət nə olursa olsun əsla hakim, xas, asil irqindən vaz keçməmiş, istənilən çətinlikdə heç bir rəzilliyə razı olmayaraq ölümü üstün tutmuşdular. Farslar isə daima öz məqsədləri, arzuları və yaşamları üçün hər cür hala düşməyə razı olmuş, dindən-dinə, dondan-dona keçmiş, sırf özlərinə xas “sənət”-lərində ustalaşmışdılar. Necə deyərlər eyş-işrət, fahişəlik elə bil farsların qanına işləmişdi...

Ayxan bir “özəl” kafedə bir müddət içki içdikdən sonra bir küncdə dayanıb bayaqdan onu izləyən, görünüşündən pərini andıran bir gənc fars gözəli gördü və içkinin gətirdiyi sərxoşluqla bərabər, bu əsrarəngiz fars məlikəsinin təsirinə qapıldı. Gözəl onu izləməkdən bezib bir müddət sonra yanına gəldi. Onunla şirin söhbət etməyə, anasının öyrətdiyi kimi Ayxana “xüsusi” nəvaziş göstərməyə başladı. İçkinin və işvəli bu fars qadınının insanı bihuş edən ətrinin təsirindən başı gicəllənən Ayxan, qarşında sanki insan deyil, gözləriylə od-alov saçan, əlləriylə insanın bütün sinirlərinə hakim olan, əndamıyla ağlı başdan çıxaran, dodaqlarıyla ruhu təslim alan, topuğuna qədər uzanan say, qara saçlarıyla onun əl-qolunu bağlayan, olduqca ağlasığmaz, baxdıqca, toxunduqca tükənməz ehtirasın bəxş etdiyi həyəcanla boğan qəribə bir varlıq görmüşdü. Sanki o möhtəşəm İblisin özü, Mələk cildində şəxsən onun üçün göylərdən enmişdi. Bir neçə dəqiqə ərzində Ayxan, adını yenicə öyrəndiyi fars gözəli Rövşanənin ağuşunda mum kimi əridi, od kimi parladı, su kimi buxarlandı və yox oldu...

Yarım saat sonra Ayxan və Rövşanə, bir kiçik mənzildə, gecə yarısı, “yasaq” olan hər şeyə “hə” demiş; içkinin, xüsusi bihuşdarının və ehtirasın əsiri olaraq “cənnəti bu dünyada yaşayırdılar.” Hər dəfəsində Rövşanə yeni hərəkətə, yeni tilsimə, yeni qaydalara keçir, Ayxanın heç vaxt, heç yerdə görmədiyi, duymadığı vasitələrlə onu dəli edir, ağlını başından alır, həyəcanlandırır və rahatladırdı. Ayxansa get-gedə bu “mələk” donlu “şeytanın” təsirindən qurtulmağa çalışsa da yenilir, zaman keçdikcə bu əsrarəngiz fars gözəlinin qarşısında tab gətirə bilməyib özünü ona təslim edirdi.

Fars qadınları çox nadir hallarda sözün həqiqi mənasında gözəl olurlar. Nədəndir bilinməz, sanki Uca Yaradan onları sırf bu “sənət” üçün yaratsa da, gözəl əndam, yaraşıqlı simadan onları məhrum buraxmışdır. Xüsusi quruluşu, boyu, fərqləndirici “çıxıntıları” ilə seçilən fars qadının bədəni əlavə ehtirassız, eyş-işrət oyunları olmadan, xüsusi tilsimlər və vasitələr xaricində heç də bir kişinin görüb sevə biləcəyi biri deyil. Ancaq dediyimiz kimi, onlardakı ehtiras, insanın ağlını başdan alan baxışlar, əl və bədən hərəkətləri, özəl rəqslər, kişi üçün müəyyən etdikləri xüsusi xidmətlər və vasitələr onları sırf bu “sənət”-də əvəzolunmaz edirdi. Amma əsrarəngiz bədən və üz quruluşuna sahib olan Rövşanə istisna idi.

Rövşanənin bədən quruluşundakı mükəmməl incəlik, üzündəki “məsumluq”, şirin, balaca uşağı xatırladan gülüşləri, işvəsi, saçları, düzgün yerişi, od alov saçan gözləri, çoxunluqla Türk qadınına məxsus olan qönçə dodaqları, girdə burdu, xırda qulaqları və həzin melodiyanı xatırladan səs tonu, yeddi arxa dönəminin fars olmasına baxmayaraq, görəndə adamı çox düşünürdü. Sırf buna görə o, şəhərdə hər kəslə deyil, özü istədiyi, seçdiyi adamlarla görüşürdü. Kimliyi, haradan gəldiyi məchul olan bu gözəlin bu günkü “qonağı” da Ayxan idi.

Düz səhərə qədər Tanrının insana bəxş etdiyi bütün gözəllikləri bircə-bircə yaşadılar, hiss etdilər, duydular. Heç vaxt, hər adamın başına gəlməyən sehrli, möcüzəli bir gecə oldu bu gecə. Ayxan kifayət qədər cinsi əlaqə yaşamış biri olsa da Rövşanənin ona oynadığı, bu sirli “eşq oyunu”-nu ömründə görməmiş, duymamışdı və ölənə qədər də unuda bilməyəcəkdi.

Gün çıxana qədər bütün əzələləri, sinirləri boşalan Ayxan, səhər çağı artıq möhkəm yuxuya dalmışdı. Hələ də işvəsindən, ehtirasından qalmayan, “soyumayan” Rövşanə isə pəncərədən üzərinə düşən günəşin qızılı şüaları altında “bərq vurur”, günəş kimi gülümsəyir, həvəslə və maraqla öz “yarına” baxırdı. Bir əli möhtəşəm vücudunu tumarlayır, bir əli isə mobil telefonda “Kəşfiyyat Nazirliyi”-nin nömrəsini yığmağa hazırlaşırdı. Gözünün birində ehtirasın ona bəxş etdiyi şənlik, birində isə kədər vardı. O kədərinsə səbəbi artıq məlum idi.

Rövşanə İran Kəşfiyyat Nazirliyinin xüsusi əməkdaşı idi. Bu yolla o, bəlkə də yüzlərlə günahsız, İrana sırf dincəlməyə gələn, hər hansı qeyri-siyasi səbəblə tədbirlərə və gəzilərə qatılan Quzey Azərbaycan Türklərini bada vermişdi. Kimisi səhər onun ağuşunda oyanan kimi Nazirliyin xüsusi əməliyyat qrupu tərəfindən həbs edilir, kimisi - özəlliklə “ciddi təhlükə” hesab edilənlər onun evinə varır-varmaz tutulur, bəziləri isə elə “gecə” başlayan andaca güllələnir və ya boğdurulurdu. Ancaq bu dəfə deyəsən vəziyyət başqa hal almışdı.

Bütün həyatını farsların çürük ideologiyasına, paniranizmə, ari təliminə və s. qurban verən bu biçarə gözəl bu dəfə ya etdiyi saysız hesabsız cinayətlərdən bezmiş, ya da Ayxana dəlicəsinə aşiq olmuşdu ki, mobil telefonda “Kəşfiyyat Nazirliyi”-nin nömrəsini yığmağa hazırlaşan əli həyəcanla titrəyir və ümumiyyətlə telefonu yerə çırpmağa hazırlaşırdı. Bir tərəfdən vicdan, bir tərəfdən digər insani duyğular və gecədən bəri soyumayan, bədəninin hər zərrəsini yandıran ehtiras hissi Rövşanəyə qalib gəldi. Yüzlərlə Türkün “evini yıxmış” bu “peşəkar” fars qadını bu dəfə kimliyini, əslini, siyasi düşüncəsini belə yaxşı bilmədiyi Ayxan adlı bu Türk kişisinə məğlub olmuşdu. Artıq axşamkı hiyləgər baxışlardan, aldadıcı həmlələrdən əsər əlamət qalmamışdı. Rövşanə indi səssiz-səmirsiz, hər şeydən xəbərsiz ağuşunda yatan Ayxana, tamam saf duyğularla, həqiqi məsum baxışlarla baxırdı. İçində isə bir-birinə əks iki ruh mübarizə aparırdı; şovinist, idealist, qəddar fars qadını və çarəsiz, vicdanına yenilən, yazıq fars qadını...

Günortaya yaxın onlar ayrıldılar. Ayxan Rövşanəni son dəfə öpdü və yenə gələcəyi barəsində ona vəd verdi. Rövşanə isə kövrəlmiş, yarından ayrıldığı üçün balaca uşaq kimi ağlamsınırdı. Ayxan bir daha və son dəfə onun gözlərinin içinə baxdı. Bir anlıq sanki orda hiyləgər, yalançı bir ifritə gördü. Ancaq Rövşanəylə yaşadığı möhtəşəm və unudulmaz anlar, ən əsası Türk humanizmi ona qalib gəldi. Sadəcə iki tanış, iki dost, iki məşuq kimi ayrıldılar. Ayxan onunla bir daha görüşüb-görüşməyəcəyi haqda öz-özünə tərəddüd edirdi. Lakin Rövşanə Ayxanı bir də görməliydi, mütləq. Bu il də olmasa gələn il... Ancaq deyəsən onlar görüşəcəkdilər...

İki saat sonra o, artıq növbəti görüş haqda düşünürdü. Bir gözü isə yerə düşmüş mobil telefonun ekranındakı “Kəşfiyyat Nazirliyi”-nin nömrəsində qalmışdı...


Elşən İsmayıl
Gənc yazar və rejissor

Bu xəbər oxucular tərəfindən 1599 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed