Şrift:
Nazirlik: Sarısu gölündə suyun keyfiyyəti qənaətbəxşdir
10.09.2016 [11:10] - Gündəm, Sağlıq
İmişli və Sabirabad rayonları ərazisində yerləşən Sarısu gölünün suyunun zəhərlənməsi və balıqların kütləvi məhvi ilə əlaqədar sosial şəbəkədə yayılan xəbərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən operativ monitorinqlər keçirilib. Bu barədə nazirlikdən verilən məlumatda deyilir.

Monitorinq zamanı gölün parametrləri boyunca əraziyə vizual baxış keçirilib. Gölün müxtəlif nöqtələrindən və dərinliklərindən su nümunələri götürülərək analiz olunması üçün ETSN-nin mərkəzi laboratoriyasına təhvil verilib. Analizin nəticələrinə əsasən göl suyunun qənaətbəxş olması barədə rəy verilib.

Sarısu gölündə aparılan kompleks monitorinq zamanı kütləvi balıq ölümü faktı aşkarlanmayıb.
Bu xəbər oxucular tərəfindən 984 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed