08.10.2011 [12:06] - Xəbərlər
“Üçüncü tərəflər Türkiyə ilə Ermənistan arasındakı anlaşılmazlıqları öz daxili siyasi maraqlarına alət edir”
Türkiyə Xarici İşlər Nazirliyi Fransa prezidenti Nikola Sarkozinin Ermənistanda səsləndirdiyi fikirlərlə bağlı yazılı bəyanatla çıxış edib. Türkiyə XİN N. Sarkozinin Türkiyəyə uydurma “erməni soyqırımı”nı tanımaq üçün ilin sonuna kimi vaxt verməsini təəccüb və qəzəblə qarşıladığını açıqlayıb.
Bəyanatda deyilir: “Üçüncü tərəflər Türkiyə ilə Ermənistan arasındakı anlaşılmazlıqları daxili siyasi maraqlarına alət edir, hətta bunu ölkədəki seçki təqvimi ilə əlaqələndirir. Bu, onların öz siyasi gücləri haqqında yanlış düşüncə içində olduqlarını göstərir. Seçkiyə hesablanmış bu yanaşmaların Fransanın demokratiya mədəniyyəti və dövlət ənənələrinə nə qədər uyğun olduğuna fransız xalqı qərar verəcək. Tarixi hadisələrə birtərəfli yanaşmaq və tarixi olaylar haqqında ittiham xarakterli siyasi bəyanatlar vermək ədalətli yanaşma deyil və həmin şəxslərin Türkiyənin bu məsələyə dair mövqeyindən xəbərsizliyini göstərir. Ermənilərlə uzun ortaq tariximizin bu ağrılı mərhələsi Fransa daxil bəzi ölkələrdəki vəziyyətin əksinə olaraq, Türkiyədə sərbəst müzakirə edilir. Türkiyə Ermənistanla münasibətlərini yaxşılaşdırmaq və 1915-ci illə bağlı tarixi ixtilafın aradan qaldırılması üçün konstruktiv mövqeyini davam etdirəcək. Fransadan istədiyimiz odur ki, bu prosesə müsbət təsir göstərsin, Türkiyə-Fransa əlaqələrinə həssaslıqla yanaşsın, türk xalqı və Fransada yaşayan türkləri incidəcək hərəkətlərdən uzaq dursun”.

Bu xəbər oxucular tərəfindən 1369 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |