Şrift:
Ali məktəblərdə təhsilin idarə edilməsi üzrə yenilik
13.09.2016 [12:03] - Gündəm, Gənclik, Bildiriş
Azərbaycanın ali məktəblərinə təhsilin idarə edilməsi üzrə yeni innovasiya platforması - "Unibook" təklif edilib.

Bunu "Neuron Technologies" şirkətinin rəhbəri İsmayıl Ələkbərov deyib.

Onun sözlərinə görə, yeni platforma ali məktəblərin fəaliyyətini avtomatlaşdırmağa, gəlmə sayının hesabatını aparmağa, elektron jurnallar tətbiq etməyə və s imkan verir.

İ.Ələkbərov qeyd edib ki, hazırda "Unibook" artıq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tətbiq edilib və onun üstünlüyündən 9,5 min tələbə və mindən çox müəllim istifadə edir.

Yeni platforma sayəsində hər bir istifadəçi şəxsi profilini aça, gündəlik işlərini planlaşdıra, elektron kitabxanaya giriş əldə edə bilər.
Bu xəbər oxucular tərəfindən 744 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed