Şrift:
Suriyadan sonra hədəf İrandır
04.03.2012 [13:58] - Gündəm, Siyasət
Barak Obama: "ABŞ-ın İranın nüvə obyektlərini vura biləcəyi ehtimalı İran və İsrail rəsmiləri tərəfindən ciddiyə alınmalıdır"
"İsrail hökuməti ABŞ prezidenti olaraq mənim yalandan hədə-qorxu gəlməyəcəyimi bilir". Bunu ABŞ prezidenti Barak Obama "The Atlantic" jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, sanksiyalar işə yaramadığı təqdirdə ABŞ-ın İranın nüvə obyektlərini vura biləcəyi ehtimalı İran və İsrail rəsmiləri tərəfindən ciddi qəbul edilməlidir: "İsrail rəsmilərinin mənim İran mövzusundakı şərhlərimi ciddi qəbul etdiyini inanıram. Niyyətimizin nə olduğunu reklam etməyəcəyəm. Amma həm İran, həm də İsrail hökuməti bilir ki, əgər ABŞ Tehranın nüvə silahına sahib olmasını qəbul edə bilməyəcəyini deyirsə, nə dediyini yaxşı bilir". B. Obama İrana erkən hərbi müdaxilə məsələsinə də toxunub: "Bu gün dünyada İrana qarşı simpatiyanın bu qədər azaldığı və tək müttəfiqi Suriyanın küncə sıxıldığı bir dövrdə Tehranın birdən özünü "qurban" kimi göstərib diqqətləri yayındırmasını istəmirik".
Bəşər Əsədin prezidentlik dövrünün başa çatmaq üzrə olduğunu deyən ABŞ prezidenti Suriya prezidentinin hakimiyyətdən gedişinin İran üçün də böyük bir itki olacağını vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 1698 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed