Şrift:
Ermənistanın yeni baş naziri ölkədəki iqtisadi durumu "həddən artıq çətin" adlandırıb
15.09.2016 [09:53] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistanın yeni baş naziri Karen Karapetyan ölkə iqtisadiyyatında sürətli dəyişikliyi gözləməməyə çağırıb.

RİA Novosti xəbər verir ki, K.Karapetyan bu barədə parlamentdə çıxış edib: "Açıq və birbaşa deyirəm ki, iqtisadiyyatımızın vəziyyəti həddən artıq çətindir. Sürətli dəyişiklik gözləmək lazım deyil. Amma biz iqtisadiyyatın inkişaf istiqamətlərini tapacağıq".

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarqsyan sentyabrın 13-də K.Karapetyanı istefaya getmiş baş nazir Ovik Abramyanın postuna təyin edib.
Bu xəbər oxucular tərəfindən 1020 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed