Şrift:
BMT FİFA-ya hicablı qadınların futbol oynamasına icazə verilməsi ilə bağlı müraciət edib
04.03.2012 [21:16] - Gündəm, İdman
BMT FİFA-ya hicablı qadınların futbol oynamasına icazə verilməsi ilə bağlı müraciət edib. Xarici KİV-lərin verdiyi məlumata görə, BMT-nin müraciətində qeyd olunub ki, hicabla futbol oynamağa olan qadağa qadın futbolunun inkişafına maneə yaradır.
BMT rəsmiləri ümid edir ki, FİFA müraciəti müsbət dəyərləndirəcək və qadınların hicabla futbol oynanılmasına icazə verən qərar çıxaracaq.
FİFA belə bir qərar çıxararsa, futbol oynayan müsəlman qızlara hicabla oyuna çıxmağa icazə veriləcək.
Qeyd edək ki, hazırda böyük futbolda baş örtüklərinə qadağa var. Bəzi ekspertlə hesab edir ki, hicabla futbol oynamaq qadınların sağlamlığı üçün təhlükəli ola bilər.
Bu xəbər oxucular tərəfindən 1712 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed