Şrift:
ABŞ İran nümayəndə heyətinə viza verməyib
04.03.2012 [21:24] - Gündəm
ABŞ hökuməti İran prezidentinin müşaviri, Qadın və Ailə İşləri Mərkəzinin rəhbəri Məryəm Müctəhidzadənin rəhbərlik etdiyi İran nümayəndə heyətinə bu ölkəyə səfər etməsi üçün viza verməyib.
“Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə İranın BMT-dəki daimi nümayəndəsinin müavini İshaq Əli Həbib məlumat verib.
Onun sözlərinə görə, bu səbəbdən nümayəndə heyəti BMT-nin Qadın Komissiyasının martın 3-də ABŞ-ın Nyu-York şəhərində qadın və ailə mövzusunda keçirdiyi 56-cı yığıncağında iştirak edə bilməyib.
Bu xəbər oxucular tərəfindən 986 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed