Şrift:
Avrokuboklar tarixinin ən erkən qolu Bakıda qeydə alınıb
16.09.2016 [10:08] - Gündəm, İdman
Bu, Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da “Qarabağ”la Çexiya “Slovan”ı arasında keçirilən ilk tur matçında qeydə alınıb.

Doqquzuncu saniyədə hesabı açan Yan Sikora qitəmiqyaslı turnirlərin tarixinə düşüb. O, təkcə Avroliqada deyil, avrokuboklarda ən sürətli qol müəllifinə çevrilib.

Bunadək Avropa Liqasında ən sürətli qol 2015-ci il martın 12-də İspaniyanın “Sevilya” və “Vilyarreal” klubları arasında keçirilmiş səkkizdəbir final mərhələsinin ilk görüşündə vurulub. Həmin qolun müəllifi ispaniyalı yarımmüdafiəçi Peres Viktor (Vitolo) olub.

Avropa kuboklarında isə rekordun müəllifi Almaniya “Bavariya”sının sabiq hücumçusu Roy Makaya məxsusdur. Hollandiyalı forvard 2007-ci il martın 7-də İspaniya “Real Madrid”i ilə Çempionlar Liqasının səkkizdəbir final matçının 10-cu saniyəsində fərqlənib.
Bu xəbər oxucular tərəfindən 663 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed