17.09.2016 [11:28] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
İnsanların dini etiqadlarından, onların duyğularından fərqli məqsədlər üçün istifadə etmək yolverilməzdir. Bunu Trend-ə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı Fərəc Quliyev Milli Şuranın sentyabrın 11-də keçirdiyi mitinqə Əli Kərimlinin radikal islamçıları da cəlb etməsi cəhdinə münasibət bildirərkən deyib.
F.Quliyev bildirib ki, hər bir təşkilat qanunlar çərçivəsində mitinq keçirə, hansısa məsələ ilə bağlı fikirlər səsləndirə bilər: “Amma orada səsləndirilən fikirlər və hədəflər müəyyən olunmalıdır. Mitinqdə məsələlərə şəxsi, müəyyən dairələrin mövqeyindən yanaşmaq fürsətdən istifadə etməkdir. Üstəlik din amilindən, insanların dini etiqadlarından, onların duyğularından fərqli məqsədlər üçün istifadə etmək olmaz. Azərbaycanda din siyasətə qarışmır, ikinci bir tərəfdən də bəzi ölkələr Azərbaycanda din amilindən istifadə edərək qarışıqlıq salmağa çalışırlar. Qanunlar çərçivəsində mitinqlərin keçirilməsinin əleyhinə deyiləm, amma məsələlərə mahiyyəti üzrə fikir bildirmək lazımdır, fürsətdən istifadə etmək doğru deyil. Çünki ölkənin mənafeyləri hər şeydən üstündür və təbii ki, bu məsələlərdə heç nədən, xüsusən də dindən istifadə etmək yolverilməzdir”.
F.Quliyev bildirib ki, hakimiyyət tolerant davranış nümayiş etdirdi, Milli Şuraya mitinq keçirmək üçün meydan verdi: “Amma mitinqdə dövlətçilik əleyhinə şüarlar səsləndirmək o deməkdir ki, onlar fürsətdən istifadə edərək başqa məsələləri, istəkləri ortaya qoymaq, həm də təkcə öz istəklərini yox, başqalarının da istəklərini ortaya qoymaq istəyirlər. Ölkə rəhbərliyi istəsəydi, bu mitinqə icazə verməzdi, ancaq verdi. Yəni hər kəs deyir ki, buyurun, sivil qaydada mübarizə aparın, fikirlərinizi paylaşın. Amma çox təəssüflər olsun ki, guya siyasət ilə məşğul olan bu adamlar hər addımda ölkə əleyhinə kəmfürsətlik edirlər və bu da təbii ki, heç zaman cəmiyyət tərəfindən qəbul edilmir”.
Əli Kərimlinin Müsavat Partiyasından bir gün öncəyə mitinq təyin etməsi məsələsinə gəlincə isə, F.Quliyev bildirib ki, baş verənlər heç də təəccüblü deyil: “Başqa dövlət tərəfindən formalaşdırılmış bəzi qurumlar öz aralarında məsələləri bu cür araşdırırsa, bunun heç Azərbaycan cəmiyyətinə aidiyyatı yoxdur. Hər halda bu “mehriban dostlar”ın münasibətləri həmişə ortada olub, bir ara birləşiblər, sonra bir-birilərini ən ağır formada ittiham ediblər. Ona görə də, baş verənlər təccüblü deyil. Ölkənin taleyi, xalqın mənafeyi bunlar üçün ikinci dərəcəli məsələlərdir, sadəcə gündəmdə qalmaq, ayaq üstə qalmaq üçün bu məsələlərdən istifadə etmək, ən yaxın “dostlar”ını rəqib sifətində əzmək belə bunlar üçün adi bir qaydadır. Mən bütün baş verənlərdən təəccüblənmədim”.
“Milli Şuranın mitinqi öz mahiyyətindən kənara çıxmışdı, elan olunmamış şüarlar səsləndirirdilər”. Bunu isə Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli deyib.
T.Kərimli bildirib ki, mitinqdə radikal dindarların da iştirak etməsi əslində mitinqin vahid ideologiyasının olmamasından xəbər verirdi: “Bu sübut edir ki, Milli Şura radikal dindarları da mitinqdə istifadə edirdi. Bu, mitinq iştirakçılarının parçalanması deməkdir, yəni ideoloji cəhətdən tamamilə bir-birinə zidd qüvvələr toplanmışdı. Deməli, bunları da xaricdən təhrik edən, idarə edən qüvvələr var”.
O vurğulayıb ki, mitinqə referendumla bağlı icazə alınsa da, referendum məsələsi çox az yer tutdu: “Kim nədən istəyirdi onu deyirdi, fikirlər səsləndirirdi. Əslində mitinqdə referendumla bağlı arqumentlər ortaya qoyulmalı idi, tutaq ki, referendumda bu məsələ düz deyil, başqa nə cür olmalıdır və s. Ancaq belə şeylər yox idi. Ona görə də referendumla bağlı olan bu mitinq öz mahiyyətindən kənara çıxan bir mitinq idi. Hakimiyyət onlara istənilən şəraiti yaratmışdı ki, toplansınlar, öz sözlərin desinlər. Hətta özləri deyirdi ki, mitinqə ən ucqar rayonlardan da gəliblər. Deməli, sizin toplayıb ortaya qoya bildiyiniz kütlə bu qədərdir, onlar da pərakəndə, ideoloji cəhətdən bir-birinə zidd insanlar. Bu mitinq xarici qüvvələrin Azərbaycan hakimiyyətinə təzyiq etmək üçün istifadə etdiyi bir metoddur, burada mitinqçilər də bu rolu yerinə yetirirdi”.
Əli Kərimlinin Müsavat Partiyasından bir gün öncəyə mitinq təyin etməsi məsələsinə münasibət bildirən T.Kərimli vurğulayıb ki, bu, Müsavata arxadan zərbə vurmaq kimi bir şeydir: “Hamı yaxşı bilir ki, Əli Kərimlinin, Milli Şuranın əsas məqsədi Müsavatı bir partiya kimi sıradan çıxarmaq, ana müxalifət partiyası, müxalifətdə lider obrazını tamamilə mənimsəmək, Müsavatı isə tamamilə proseslərdən kənarda qoymaqdır. Bunun üçün fürsətdən istifadə edirlər. Vaxtilə Müsavatın Milli Şuranı tərk etməsi bunları çox yandırıb, indi də bunun qisasını alırlar. Öz aralarında razılığa gələ bilməyən müxalifət xalq üçün nə edə bilər?”.
Partiya sədri əlavə edib ki, mitinqlər müvəqqətidir: “Referendumdan sonra hər şey sönüb gedəcək. Həmişə seçkidən sonra müxalifət qış yuxusuna gedir, yenə də eyni şey olacaq. Heç bir platformaları, təşkilati işləri yoxdur. Elə bu cür bir-birindən qisas almaqla, sosial şəbəkələrdə bir-birini söyməklə özlərini göstərmək istəyirlər”.

Bu xəbər oxucular tərəfindən 821 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |