Şrift:
“Eurovison-2012” mahnı müsabiqəsinin milli seçim turuna start verilir
08.10.2011 [12:09] - Gündəm
Oktyabrın ikinci yarısından etibarən “Eurovison-2012” mahnı müsabiqəsinin milli seçim turuna start veriləcək. Bunu İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədov məlumat verib.

Tahir Məmmədov vurğulayıb ki, tamaşaçılar keçən il olduğu kimi bu il də televiziya vasitəsilə seçim turunu izləyə biləcəklər: “Bu günə qədər müsabiqəyə qatılmaq üçün çox sayda müraciətlər gəlib. Lakin onların heç biri rəsmi qeydiyyatdan keçməyib. Rəsmi qeydiyyat rəsmi tarix açıqlandıqdan sonra olacaq”.
Bu xəbər oxucular tərəfindən 1113 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed