05.03.2012 [11:16] - Gündəm, Siyasət
Rusiyada martın 4-də keçirilmiş prezident seçkisinin ilkin nəticələri bəllidir. Son məlumata görə, hakim Vahid Rusiya Partiyasının lideri, baş nazir Vladimir Putin 64,06 faizlə qalib gəlib.
Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanovun 17,15, sahibkar Mixail Proxorovun 7,60, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin 6,24, Ədalətli Rusiya Partiyasının lideri Sergey Mironovun 3,62 faiz səs topladığı açıqlanıb.
Jirinovski və Mironov Putini təbrik ediblər. Proxorov hakimiyyət uğrunda mübarizəni davam etdirəcəyini və partiya yaradacağını açıqlayıb. Züqanov isə seçkini ədalətsiz və qeyri-legitim saydığını, nəticələri tanımadığını bəyan edib.
Putin 1952-ci il oktyabrın 7-də Leninqrad (Sankt-Peterburq) şəhərində doğulub. Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini və DTK-nın Moskvadakı 1 saylı Ali Məktəbini bitirib. Uzun illər dövlət təhlükəsizlik orqanlarında çalışıb.
Mərkəzi hakimiyyət orqanlarına ötən əsrin 90-cı illərinin ortalarında gəlib. 1996-cı ildə Rusiya prezidentinin işlər müdirinin müavini, 1997-ci ildə Prezident Administrasiyası rəhbərinin müavini, eyni zamanda administrasiyada baş nəzarət idarəsinin rəisi olub. 1998-də Prezident Administrasiyası rəhbərinin birinci müavini vəzifəsinə keçib. Həmin ilin yayında Federal Təhlükəsizlik Xidmətinin direktoru olub. 1999-cu ilin martından isə həm də Rusiya Təhlükəsizlik Şurasının katibi işləyib.
1999-cu il avqustun 9-da Rusiya Nazirlər Kabineti sədrinin birinci müavini, avqustun 16-da isə baş nazir təyin olunub. 1999-cu il dekabrın 31-də Rusiyanın birinci prezidenti Yeltsin istefa verib və növbədənkənar seçkiyə qədər prezident vəzifəsinin icrası Putinə tapşırılıb.
2000-ci il martın 26-da prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb.
2008-ci ilin may ayından Rusiyanın baş naziridir.

Bu xəbər oxucular tərəfindən 1581 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |