Şrift:
Bakı Ali Neft Məktəbinin 17 Prezident təqaüdçüsü
20.09.2016 [11:44] - Gündəm, Gənclik
2016/2017-ci tədris ilində Azərbaycan universitetlərinin reytinq birincisi olan Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olan tələbələrin içərisindən 685-700 bal arası yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. BANM-dən verilən məlumata görə, ümumilikdə, bu ilki qəbulda I qrup üzrə 25 Prezident təqaüdçüsündən 17-si yenə də BANM-in tələbələridir.

Bakı Ali Neft Məktəbi 17
“ADA” Universiteti 11
Bakı Dövlət Universiteti 10
Qafqaz Universiteti 9
Azərbaycan Dövlət İqtisad Universiteti 6
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (UFAZ) 2
Azərbaycan Memarlıq və İnşaat Universiteti 1

Qeyd edək ki, 2016/2017-ci tədris ilində “ADA” Universitetinin 11 tələbəsi, Bakı Dövlət Universitetinin (BDU) 10 tələbəsi, Qafqaz Universitetinin 9 tələbəsi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 6 tələbəsi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin - (UFAZ) 2 tələbəsi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 tələbəsi Prezident təqaüdünə layiq görülüb.

2016/2017-ci tədris ilində ali məktəblərə keçirilən qəbulda Bakı Ali Neft Məktəbi üzrə ümumi orta bal 667, maksimum nəticə 700 bal olub. I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan hər iki tələbə Bakı Ali Neft Məktəbini seçib.

2016/2017-ci tədris ilində Bakı Ali Neft Məktəbinə (BANM) yüksək nəticə göstərərək qəbul olan və Prezident təqaüdünü qazanan tələbələrin siyahısı:

1. Sultanlı Nadir Faiq Proseslərin Avtomatlaşdırma Mühəndisliyi (PAM) - 700
2. Nəzərəliyev Rəvan Rauf Proseslərin Avtomatlaşdırma Mühəndisliyi (PAM) - 700
3. Abdinli Fatimə Surxay Kimya Mühəndisliyi (KM) - 695
4. Məmmədov Ömər Arzu Proseslərin Avtomatlaşdırma Mühəndisliyi (PAM) - 695
5. Hüseynov Ramil Ceyhun Proseslərin Avtomatlaşdırma Mühəndisliyi (PAM) - 695
6. Qurbanlı Zaur Yusif Proseslərin Avtomatlaşdırma Mühəndisliyi (PAM) - 690
7. Əhmədova Nigar Əhməd Proseslərin Avtomatlaşdırma Mühəndisliyi (PAM) - 690
8. Muradov Camal Dilqəm Proseslərin Avtomatlaşdırma Mühəndisliyi (PAM) - 690
9. Qədimli Röya Xəlil Kimya Mühəndisliyi (KM) - 690
10. Ağayev Mustafa Hüseyn Proseslərin Avtomatlaşdırma Mühəndisliyi (PAM) - 690
11. Kərimli Reyhanə Vafiq Proseslərin Avtomatlaşdırma Mühəndisliyi (PAM) - 690
12. Əlizadə Şahlar Şahin Neft və Qaz Mühəndisliyi (NQM) - 686
13. Həsrətli Pərviz Seymur Neft və Qaz Mühəndisliyi (NQM) - 685
14. Həmidli Aysu Natiq Proseslərin Avtomatlaşdırma Mühəndisliyi (PAM) - 685
15. Abbasov Əşrəf Namiq Proseslərin Avtomatlaşdırma Mühəndisliyi (PAM) - 685
16. Aslanlı Elçin Mahir Proseslərin Avtomatlaşdırma Mühəndisliyi (PAM) - 685
17. Nəzərəliyev Nurlan Rauf Proseslərin Avtomatlaşdırma Mühəndisliyi (PAM) - 685
Bu xəbər oxucular tərəfindən 921 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed