21.09.2016 [10:59] - Gündəm, Sağlıq
Tacikistan Ədliyyə Nazirliyi Azərbaycan Ədliyyə Nazirliyinə müraciət edərək ölkəmizin vərəmlə mübarizədə müsbət təcrübəsi ilə tanış olmaq barədə niyyətini bildirib və bu məqsədlə Tacikistan Ədliyyə Nazirliyinin Cinayət cəzalarının icrası baş idarəsinin rəhbər işçiləri və həkimləri, habelə Səhiyyə Nazirliyinin, "Karitas Lüksemburq" və digər təşkilatların təmsilçilərindən ibarət nümayəndə heyəti Bakıda səfərdə olub.
Azərbaycan Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Tacikistan nümayəndə heyəti ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətində və Tibb baş idarəsində rəsmi görüşlər keçirilib, həmçinin qonaqlar üçün vərəmlə mübarizəyə dair 10 prezentasiya təqdim olunub.
Eyni zamanda, penitensiar müəssisələrdə vərəmə nəzarət proqramı ilə yaxından tanışlıq imkanı yaradılıb, o cümlədən İxtisaslaşdırılmış Müalicə Müəssisəsində, Bakı istintaq təcridxanasında və 1 saylı cəzaçəkmə müəssisəsində vərəmin aşkarlanması, laborator diaqnostikası və müalicəsi üzrə bir sıra tədbirlər nümayiş etdirilib.
Görüşlər və tanışlıq zamanı məlumat verilib ki, son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı üzrə həyata keçirilən genişmiqyaslı islahatlar çərçivəsində penitensiar sistemin fəaliyyəti xeyli təkmilləşdirilib, məhkumların hüquqları və imtiyazları genişləndirilib, saxlanma şəraiti, dərman və digər təminatları, xüsusilə tibbi xidməti əsaslı şəkildə yaxşılaşdırılıb.
Penitensiar müəssisələrdə vərəmə nəzarət işi ilə əyani tanış olan Tacikistanın nümayəndə heyəti müalicənin mərkəzləşdirilmiş qaydada aparılması, dərmanlara həssaslıq göstəricilərinə müvafiq standartlaşdırılmış müalicə rejimlərinin təyini, beynəlxalq standartlara uyğun innovativ laborator diaqnostika metodlarının geniş tətbiqi, məhbusların saxlanma rejiminin gözlənilməsi şərti ilə infeksiyaya nəzarət tədbirlərinə riayət olunması, azadlığa buraxılan xəstələrin müalicəsinin sonadək izlənilməsi və sosial dəstək kimi Azərbaycanın unikal təcrübəsini böyük maraqla qarşılayıb və penitensiar müəssisələrdə həyata keçirilən tibbi tədbirlərin ölkə miqyasında aparılan işlərə uyğunluğundan və koordinasiyalı fəaliyyətdən məmnunluğunu ifadə edib.
Səfər zamanı qonaqlar, həmçinin Bakının görkəmli və tarixi yerləri ilə tanış olub, onlara son illər ərzində respublikamızın hərtərəfli inkişafı barədə müfəssəl məlumatlar verilib. Eyni zamanda, Bakı şəhəri Yasamal rayon məhkəməsinin müasir binası və 5 saylı "ASAN xidmət" mərkəzi ilə tanış olan nümayəndə heyətinin üzvləri ölkəmizin məhkəmə-hüquq sistemindəki nailiyyətlərindən, habelə korrupsiyaya qarşı mübarizədə innovativ və şəffaf xidmətlərdən heyranlıqlarını bildiriblər.
Səfərin yekununda təəssüratlarını bölüşən tacikistanlı nümayəndələr ölkəmizin hərtərəfli tərəqqisinin şahidi olduqlarını söyləyib, səmimi qonaqpərvərliyə və yüksək təşkilatçılığa görə Ədliyyə Nazirliyinə minnətdarlıqlarını ifadə ediblər. Həmçinin, penitensiar sistemdə vərəmə nəzarət üzrə Azərbaycanın müsbət təcrübəsini əyani öyrənərək onu örnək kimi qəbul etdiklərini və bunun müxtəlif komponentlərinin gələcəkdə öz ölkələrində tətbiq edəcəklərini qeyd edib, səfərin onlar üçün olduqca faydalı və səmərəli olduğunu vurğulayıblar.

Bu xəbər oxucular tərəfindən 874 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |