Şrift:
Neftimiz bahalaşıb
23.09.2016 [12:29] - Gündəm, İqtisadiyyat
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 22-də 48,5 dollar/barel təşkil edib ki, bu da sentyabrın 21-nə olan göstəricidən 0,93 dollar/barel çoxdur. Bunu ölkənin neft-qaz bazarındakı mənbə deyib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 22-də 47,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,94 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 22-də 43,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,85 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti sentyabrın 22-də 47,29 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,74 dollar/barel çoxdur.
Bu xəbər oxucular tərəfindən 665 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed