Şrift:
Gürcüstan Prezidentinin Azərbaycana səfəri zamanı bir sıra beynəlxalq sazişlər imzalanacaq
05.03.2012 [16:48] - Gündəm, Siyasət
Gürcüstan Prezidenti Mixail Saakaşvilinin martın 6-da Azərbaycana rəsmi səfəri çərçivəsində bir sıra beynəlxalq sazişlər imzalanacaq. Bu barədə bazr ertəsi brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib.
"Səfər zamanı bir sıra beynəlxalq sazişlər imzalanacaq. Gürcüstan Prezidenti və onun azərbaycanlı həmkarı arasında yüksək səviyyəli görüşlə yanaşı, Gürcüstan nümayəndə heyətinin Azərbaycan Parlamentinin sədri ilə görüşü də baş tutacaq. Mixail Saakaşvilinin çıxışı da nəzərdə tutulub", - Kalandadze deyib.
O qeyd edib ki, Azərbaycan və Gürcüstanı həm xalqlar, həm də hökumətlər səviyyəsində xüsusi sıx münasibətlər birləşdirir və bu səfər mehriban qonşuluq münasibətlərinin təsdiqidir.
Gürcüstan nümayəndə heyətinin səfəri martın 7-ə qədər (daxil olmaqla) davam edəcək.
Bu xəbər oxucular tərəfindən 1362 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed