Şrift:
ABŞ dövlət katibinin birinci müavini Bakıya gələcək
08.10.2011 [12:15] - Gündəm
Gələn həftə ABŞ dövlət katibinin birinci müavini Uilyam Berns Bakıya səfər edəcək. Bu barədə şənbə günü jurnalistlərə Birləşmiş Ştatların Azərbaycandakı səfiri Metyu Brayza bildirib.

Brayza səfərin proqramını və Bernsin Bakıda danışıqlarının mövzusunu dəqiqləşdirməyib.

Bu, artıq Bernsin Azərbaycana ikinci səfəridir. Birinci dəfə o, Bakıda 2010-cu ilin fevralında olub.

2011-ci ilin sentyabrında Berns BMT Baş Assambleyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.
Bu xəbər oxucular tərəfindən 1411 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed