06.03.2012 [11:05] - Gündəm, Hadisə
Qazaxda qətl hadisəsi baş verib.
Qazax rayon prokurorluğundan verilən məlumata görə, rayon sakinləri 26 yaşlı Fariz Osmanov və Tural Nəsibov xəsarətlə Qazax rayon mərkəzi xəstəxanasına gətiriliblər.
Osmanov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, Osmanova ov tüfəngindən açılan atəşlə xəsarət yetirilib. Nəsibov isə başından küt alətlə xəsarət alıb.
Prokurorluqdan bildirlib ki, ötən gecə hadisə rayon kafelərinin birində baş verib.
Osmanov və Nəsibov kafedə olan ukraynalı bir xanıma sataşıblar. İlkin ehtimala görə, onlara həmin xanım tərəfindən xəsarət yetirilib.
Hadisə ilə bağlı hələlik heç kim şübhəli şəxs qismində saxlanılmayıb. Hazırda hadisənin kim tərəfindən törədildiyini müəyyənləşdirmək üçün istintaq tədbirləri həyata keçirilir.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Bu xəbər oxucular tərəfindən 1323 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |