03.10.2016 [12:29] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Mahmud Abbasın Peresin dəfnində iştirakı nəyə işarədir? Ekspertlər olayı şərh edirlər...
Sentyabrın 28-də vəfat edən İsrailin keçmiş prezidenti Şimon Peresin dəfn mərasimində Fələstinin dövlət başçısı Mahmud Abbasın iştirakı tarixə həkk olundu. Fələstin rəhbərinin bu jestini ekspertlər gələcək baxımından müsbət qiymətləndirirlər. İsrailin baş naziri Benyamin Netanyahu ilə Fələstin lideri arasında dəfn mərasimi zamanı olan səmimi görüş isə gələcəyə mesaj kimi qiymətləndirilir.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bildirdi ki, Fələstin rəhbərinin dəfn mərasimindəki iştirakı dövlətlərin maraqları ilə bağlı məsələdir: “Siyasətçilər addımlarını dövlət maraqları baxımından atırlar. İstər Fələstin-İsrail münasibətləri, istərsə də dövlətlərin ”Yol xəritələri" ilə bağlı daim çalışıblar ki, ölkələrin maraqları təmin olunsun, sonda sülh əldə edilsin. Barak Obamanın açıqlamasında Fələstininin ərazi bütövlüyünün tanınması ilə bağlı fikirlər səsləndirməsi, eləcə də Fələstinə İsraili dövlət kimi tanıması üçün etdiyi çağırış dediklərimizə əyani sübutdur. Mahmud Abbas liberal, praqmatik siyasətçilərdəndir. Belə jestlər həm də insani baxımdan gələcəkdə ərəblərin yəhudilərlə bir yerdə yaşamaları üçün çağırış kimi qəbul oluna bilər. Amma bu addımın hər şeyi həll edəcəyi mümkün deyil. Dövlətlərin sonrakı addımlarından çox şey asılıdır".
Deputat Fələstinin bu addımının digər müsəlman dövlətləri tərəfindən birmənalı qarşılanmayacağına da toxundu: “Belə məsələlərdə başqa dövlətlərin fikirləri o qədər də əsas deyil. Məsələyə duyğusal yanaşan dövlətlər daha real alternativ yol təklif etməlidirlər. Zərərçəkən Fələstin xalqıdırsa, digər dövlətlərin burada hansı mövqedə olmaları önəm daşımır. Amma hesab edirəm ki, müsəlman dövlətləri İsrail-Fələstin münasibətlərinin normal olmasında maraqlıdırlar. Çünki ölkədəki sabitlik bu problemin həllindən asılıdır. İsraillə dost münasibətində olan dövlətlər onun üçün narahatdır. Çünki bölgədə idarə olunması çətin olan dövlətlər meydana çıxmağa başlayıb. ”Ərəb baharı" adı ilə baş verən proseslər Hillari Klintonun dili ilə desək, nəzərə alınmayan nəticələrlə bitir. Ona görə də İsrailin taleyi sual altına düşə bilər. Bu baxımdan, münasibətlərin düzəlməsi əksər dövlətlərə, o cümlədən Amerikaya da sərf edir".
Dini ekspert Kənan Rövşənoğlu M.Abbasın dəfndə iştirakının dini izahının olmadığını qeyd etdi: “Bir insan dünyasını dəyişibsə, onun dəfnində iştirak etmək, hətta cənazə mərasimində iştirak etmək müsəlmanın vəzifələrindən biridir. Eyni zamanda dinindən asılı olmayaraq cənazəyə ehtiram müsəlmanların borcudur, bu barədə hədislər var. Amma Peresin dəfni həm də siyasi hadisədir. Dünyanın bir çox ölkələri rəsmi səviyyədə o tədbirdə iştirak edib. Mahmud Abbas İsraillə sülh danışıqlarına sadiq, Qərblə yaxından əməkdaşlıq edən ”Fəth" hərəkatının lideri və hazırkı Fələstin dövlətinin başçısıdır. Onun İsraildə hansısa bir mərasimdə iştirak etməsi artıq necə deyərlər, alışmış məsələdir. Lakin Peres uzun illər İsrailə rəhbərlik etmiş və Fələstin ərazilərinin bugünkü vəziyyətinə, yəni böyük hissəsinin işğal altına düşməsinin səbəbkarlarından biri də odur. İsrail hazırda BMT qətnaməsi ilə ikiyə bölünən Fələstin ərazilərində qurulacaq Fələstin dövlətinə düşəcək 49 faizə yaxın ərazini belə qoruya bilməyib, bu torpaqların böyük qismi işğal altındadır. Eyni zamanda digər israilli liderlər kimi Peresin də “dəftərində” onlarla günahsız fələstinlinin qanı var. Belə bir adamın dəfnində iştirak, heç şübhəsiz, ərəb və müsəlman hakimiyyətləri deyil, amma xalqlar arasında böyük nifrət qazandıracaq".
Politoloq Elxan Şahinoğlu hesab edir ki, Fələstin prezidenti dəfn mərasimində iştirak etməklə Qərbə və İsrailə göndərdiyi mesajda sülh niyyətində olduğunu göstərir: “Mahmud Abbas haradasa öz imicini də təhlükə altına qoyaraq, Peresin dəfnində iştirak edirsə, bu, o deməkdir ki, o, İsrail və Qərbə mesaj göndərir və sülh niyyətli olduğunu göstərir. Fələstin rəhbəri bu addımı ilə onu hesablayıb ki, Qərb və İsrail onun jestini anlayar, nəhayət ki, iki dövlətin yaranmasına ”yaşıl işıq" yandırar. Həm də Mahmud Abbas İsrailin baş nazirindən fərqli olaraq, Fələstində anlaşmanın tərəfdarlarından olan şəxsdir. O, İsrailin iki dövlətin yaranmasına “yaşıl işıq” yandıracağına ümid edir. Qərb tərəfindən onun bu addımının isti qəbul olunacağını düşünürəm. Onsuz da Mahmud Abbasla Qərbin çox isti münasibətləri var. Yasir Ərəfatı əvvəl terrorçu kimi, sonradan onu Fələstinin lideri kimi qəbul etdilər. Amma Mahmud Abbası ilk günlərdən belə qəbul etdilər. İndi də bu münasibətləri saxlayırlar. Avropa dövlətləri İsrailin baş naziri Netanyahudan daha çox Fələstin rəhbərinə hörmətlə yanaşırlar".
Cavanşir ABBASLI

Bu xəbər oxucular tərəfindən 797 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |