Şrift:
Azərbaycan nefti 50 dollardan baha satılır
04.10.2016 [11:15] - Gündəm, İqtisadiyyat
Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,57 dollar bahalaşaraq 48,81 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar artaraq 49,10 dollar olub.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,43 dollar bahalaşaraq 50,34 dollar təşkil edib.
Bu xəbər oxucular tərəfindən 705 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed