06.03.2012 [12:29] - Hadisə
O, Təhsil Komissiyasının iclasında təklifi nəzərə alınmasa, bu cür danışıacağı barədə əvvəlcədən xəbərdarlıq səsləndirib
Türkiyə Böyük Millət Məclisi Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman Komissiyasında, zəruri təhsili 12 ilə qaldıran, ''İbtidai təhsil və Təhsil Qanunu ilə Bəzi Qanunlarda Dəyişiklik Edilməsinə Dair Qanun Təklifi'' barədə müzakirələrdə təklifin 1-ci maddəsi qəbul edilib.
CHP-dən olan millət vəkili Özkoç, yığıncağın başlanğıcında təklifin geri götürülməsini, vətəndaş cəmiyyəti təşkilatlarının da iştirakıyla yenidən müzakirə edilməsini, əks halda növbəsi çatdıqda 12 saat danışacağını söyləyib.
İstəyi qəbul edilməyən Özkoç, dünən yerli vaxtla saat 15.20-də (Bakı vaxtı ilə 17.20-də - red.) çıxışa başlayıb. Avropa ölkələrinin təhsil sisteminə dair nümunələr səsləndirən Özkoç, çıxışında çoxlu sayda vətəndaş cəmiyyəti təşkilatının, qanun təklifi ilə əlaqədar müzakirə və təkliflərinin yer aldığı hesabatları və təhsillə əlaqədar sənədləri oxuyub.
Komissiya rəhbəri Nabi Avcı, CHP-li millət vəkillərinin yemək fasiləsi verilməsi tələbinə qarşı, xətibin sözlərini tamamlamadan belə bir fasilə verə bilməyəcəyini söyləyib.
Bir müddət sonra CHP qrupunun rəhbəri Muharrem İnce əlində hamburgerlərlə salona gələrək, yoldaşlarına vermək istədiyini bildirib. Xətibin çıxışını davam etdirdiyi üçün tələbi qəbul edilməyən İnce, ''onda bundan sonra heç bir komissiyada heç bir şey yemək üçün təklif edilə bilməz'', - deyib. Bəzi millət vəkilləri salondan çıxaraq, Özkoç isə Avcının yığıncağa verdiyi qısa fasilədə salondaca hamburgerini yeyib.
Özkoç, 10-cu saatdan sonra çıxışına ayaq üstə davam edib.
Təklifin birinci maddəsinin qəbul edilməsindən sonra Avcı, bu gün saat 15.30-da yenidən toplanmaq niyyətiylə komissiya yığıncağını bitirib. Beləcə, dünən yerli vaxtla saat 11.00-da başlayan toplantı, bu gün saat 04.00-da tamamlanıb.
Jurnalistlərin suallarını cavablayan Özkoç, məqsədinin şou göstərmək deyil, qanun təklifinin, vətəndaş cəmiyyəti təşkilatlarının da iştirakıyla yenidən müzakirə edilməsinin təmini olduğunu söyləyib.

Bu xəbər oxucular tərəfindən 1317 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |