Şrift:
Fərəc Quliyev: Əşrəf Heybətov Azərbaycan xalqının milli sərvətlərindəndir
05.10.2016 [12:31] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
4 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının əməkdar rəssamı Əşrəf Heybətovun Azərbaycan və Avropa İttifaqı arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş “Azərbaycan Şərq və Qərb arasında” adlı fərdi rəsm sərgisi keçirilmişdir.
Bu münasibətilə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev rəssamı təbrik edərək, onun sənətini insanlığa xidmət edən bəşəri əməl adlandırmışdır. Fərəc Quliyevin təbrikində deyilir: “YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri", RDA beynəlxalq təşkilatının üzvü, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, Azərbaycanın Əməkdar rəssamı Əşrəf Heybətov öz yaradıcılığı ilə Azərbaycan xalqının milli sərvətlərindən biridir. Əşrəf Heybətov dünyada dostluğa, qardaşlığa xidmət edən sənəti ilə bəşəri bir insanlıq əməl sərgiləyir. O, bəşəri olduğu qədər də milli düşüncəyə sahib bir xarekterə sahibdir. Bu səbəbdən də xidmət etdiyi mədəniyyətlə dövlətimiz və millətimiz naminə fəaliyyət göstərir. Azərbaycan adına ortaya qoyduğu mədəni layihələrlə millətimizin düşüncə və fəlsəfəsini dünyaya sərgiləyir. Bütün bunlar, Əşrəf Heybətovun milli mənəvi zənginliyindən doğur.
Biz əməkdar rəssamı bu mənalı, dolğun və mühim yaradıcılıq fəaliyyəti, eləcə də Azərbaycan və Avropa İttifaqı arasında diplomatik münasibətlərin 25 illiyinə həsr etdiyi “Azərbaycan Şərq və Qərb arasında” adlı fərdi rəsm sərgisi münasibətiylə təbrik edir, rəssama yaradıcılığında uğurlar və yeni-yeni nəaliyyətlər arzu edirik.”
Bu xəbər oxucular tərəfindən 1355 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed