Şrift:
Antalyadan Moskvaya uçan təyyarə ünvanına çatmadı
05.10.2016 [12:55] - Gündəm, Hadisə
Türkiyənin Antalya şəhərindən Moskvaya uçan təyyarə Kransodarda təcili eniş edib.

RİA Novosti-nin verdiyi məlumata görə, hazırda xüsusi komissiya təyyarədəki nasazlığın səbəbini araşdırır.

Təyyarənin göyərtəsində 208 sərnişin olub. Təcili enişə ilkin səbəb kimi texniki nasazlıq göstərilir.

Sərnişinlər Moskvaya ehtiyat təyyarə ilə yola salınıblar.
Bu xəbər oxucular tərəfindən 610 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed