08.10.2011 [15:43] - Xəbərlər
Urmiya gölünün qurumasının qarşısını almaq üçün yaradılmış xüsusi işçi qrupun qərarına əsasən, gölün ətrafında bəndlərin tikintisi dayandırılıb. Bunu İranın energetika naziri Məcid Namcu deyib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat verib.
Ekspertlər Urmiya gölünün qurumasına səbəb kimi onun ətrafında bəndlərin tikintisini göstərirdilər. Belə ki, bəndlər gölə su axınının qarşısını alır.
Namcu deyib ki, işçi qrupun bir neçə iclası keçirilib və orada Urmiya gölünün quruması səbəbləri müzakirə olunub.
"Urmiya gölünün qurumasına əsas səbəb ölkədə quraqlığın olmasıdır, lakin hökumət gölün qurumasının qarşısını almaq üçün müxtəlif layihələr üzərində işləyir", - energetika naziri bildirib.
O, Araz çayından suyun Urmiya gölünə axıdılması ilə bağlı layihənin hökumətin üzərində işlədiyi layihələrdən biri olduğunu deyib.
Urmiya gölünün sahəsi təxminən 6 min kvadratkilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir.
Ətraf mühit məsələləri üzrə mütəxəssislər qeyd edirlər ki, gölün xilası üçün İran hökumətinin gördüyü tədbirlər hələ ki kifayət deyil.
İran Prezidenti və hökumət nümayəndələrinin ötən il Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunmuşdu. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur.
İran Prezidentinin Parlament məsələləri üzrə müavini Məhəmmədrza Mirtacəddini jurnalistlərə açıqlamasında hökumətin Urmiya gölü probleminin həlli üçün Nazirlər Kabinetində ciddi müzakirələr aparıldığını və qərarlar qəbul olunduğunu bildirmişdi.
"Urmiya gölünün xilası üçün İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhiminin başçılığı ilə işçi qrup yaradılıb. Qrup bu problemin həlli istiqamətində ciddi işlər görür", - Mirtacəddini demişdi.
Urmiya gölündə hazırda hər 1 litr suda 330 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edib. Hazırda bu gölün 1/3-i quruyub və şoranlığa çevrilib.

Bu xəbər oxucular tərəfindən 1068 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |