Şrift:
Azarkeşlərlə yanaşı, stadion əməkdaşları da yoxlanılmalıdır
07.10.2016 [08:59] - Gündəm, İdman
Oktyabrın 8-də Bakı Olimpiya Stadionunda Azərbaycan və Norveç milliləri qarşılaşacaq. Bu matça digər oyunlardan daha çox azarkeş toplaşacağını nəzərə alaraq, stadionda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkili vacibdir.

Məsələ ilə bağlı Bakı Olimpiya Stadionunun mətbuat xidmətindən bildiriblər ki, oktyabrın 8-də keçiriləcək oyun zamanı təhlükəsizlik tam təmin ediləcək: “Stadionda keçirilən istənilən tədbir zamanı təhlükəsizlik daim diqqət mərkəzində olub. Oktyabrın 8-də keçiriləcək oyun zamanı da təhlükəsizlik həm stadionda müqavilə əsasında xidmət aparan təhlükəsizlik xidməti, həm AFFA, həm də digər dövlət qurumları tərəfindən təşkil ediləcək. Stadiona buraxılış yalnız biletlərlə olacaq.Həmçinin AFFA tərəfindən stadionda xüsusi azarkeşlər zonası təşkil olunacaq. Bundan başqa, stadionda konsert və şou-proqram təşkil ediləcək".

Futbol qarşılaşmaları zamanı stadionda təhlükəsizlik tədbirləri ilə bağlı məsələyə münasibət bildirən “Qarabağ” Peşəkar Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da Trend-ə bildirib ki, Azərbaycanda futbol yarışlarında stadionda təhlükəsizlik bir neçə qurum tərəfindən təmin edilir:
Bu xəbər oxucular tərəfindən 625 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed