06.03.2012 [16:22] - Diaspor
Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAIF) "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Xocalı soyqırımının həqiqətlərini əks etdirən veb-səhifənin çin dilində versiyasını istifadəçilərə təqdim edib.
Bu barədə çərşənbə axşamı ASAIF-dən bildirilib.
www.huojiali.com və www.khojaly.org.cn ünvanları artıq tam şəkildə fəaliyyət göstərir. Saytin təqdimatında azərbaycanlılarla yanaşı Çin, Turkiyə, Xocalı faciəsini soyqırım kimi tanıyan Pakistan və bir çox digər ölkə vətəndaşları və yerli media nümayəndələri iştirak ediblər.
ASAIF Çin koordinatoru Vüsal Qurbanovun verdiyi məlumata görə, Çində Qarabağ həqiqətlərinin tanıdılması istiqamətində tədbirlər davam etdiriləcək və Çinin sosial şəbəkələrində, o cümlədən beynəlxalq elektron sosial ensiklopediya olan vikipedia saytında da çin dilində Xocalı soyqırımı, ermənilərin Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasət barədə məlumatlar yerləşdiriləcək. Yaxın gələcəkdə çincə Xocalıya aid kitabın çap olunması da nəzərdə tutulur.

Bu xəbər oxucular tərəfindən 2302 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |