08.10.2016 [12:38] - Gündəm, Müsahibə
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylunun müsahibəsi:
- Azərbaycan dilinin inkişafı ilə bağlı hansı tədbirlərin görülməsi nəzərdə tutulur?
- Birinci növbədə terminologiya sahəsində müəyyən normativlərin hazırlanması, terminlərin pərakəndəliyinə son qoyulması, bu sahədə sabitliyin, möhkəm qayda-qanunların yaradılması vacibdir. Çünki dilimizə yeni sözlər daxil olur, onlar hamı tərəfindən eyni cür qəbul edilmir. Onların tətbiqində bəzən müxtəliflik nəzərə çarpır. Bəziləri “qloballaşma”, bəziləri isə türklərin işlətdiyi “kürəsəlləşmə” deyir. Ümumiyyətlə götürdükdə, ortaq türk terminologiyasının yaradılması əsas elmi vəzifələrdən biridir. Yeri gəlmişkən, bu il 1-ci Bakı Türkoloji Qurultayının 90 illiyidir. Bu münasibətlə bizim institutda noyabrın 14-15-də konfrans keçiriləcək. Düşünürəm ki, o konfransda da bu məsələ qaldırılacaq. Türkiyədən olan mütəxəssislərlə söhbətlərdə də belə fikir ortaya qoyulub ki, biz ortaq layihələr hazırlamalıyıq. Ortaq türk dili qrammatikasının, ortaq türk terminologiyasının, ortaq türk əlifbasının yaradılması qarşıda duran mühüm vəzifələr sırasındadır. Güman edirəm ki, yaxın gələcəkdə bizim institutda arxaik sözlər lüğətinin hazırlanması da reallaşa bilər. Bizim yazılı abidələrimizdə - “Dədə Qorqud”da, Nəsiminin, Qazi Bürhanəddininin dilində müasir Azərbaycan dili üçün arxaik səciyyə daşıyan qədim türk sözləri var ki, onları hamı başa düşmür. Ona görə də arxaik sözlər lüğətinin hazırlanması aktual məsələlərdən biridir. Onların bəzilərini müasir dilimizə gətirmək olar. Bununla bağlı təcrübə var. Indi hərbi sahədə çavuş, taqın , gizir, yüzbaşı, onbaşı kimi sözlər işlədilir. Müstəqillik dövründə dilimizin tarixi qatlarında istifadə olunan sözlərin yenidən bərpa olunması təqdirəlayiqdir. Ona görə də arxaik sözlər lüğətinin hazırlanması da bizim qədim dilimizin, qədim yazılı abidələrimizin başa düşülməsi, araşdırılması istiqamətində mühüm addım ola bilər.
- Dilimizdə vaxtilə işlənən, lakin sonradan unudulan sözlər müəyyən edilib?
- Həmin sözlər pərakəndə şəkildədir. Məsələn, “Dədə Qorqud”da hansı səciyyəli arxaik sözlərin olduğu ayrıca şəkildə işlənib hazırlanır. Hər bir abidənin özünün ayrıca lüğətcəsi hazırlanır. Belə sözlər çoxdur, amma indi onları sistemləşdirmək və vahid formada hazırlamaq lazımdır. Məsələn, arxaik söz olan “ayıtmaq”- demək, söyləmək, “çəri” - qoşun, ordu, “sayru” - xəstə, “us”- ağıl, “alp”-igid, , “tanıq”- şahid, “ut”- abır, həya, “uçmağ” - cənnət, “duş//düş” - roya, yuxu, “damu//tamu”- cəhənnəm, “yalvac”-peyğəmbər, “budun”- xalq, “ətənək” - çörək, “əm” - çarə, əlac, “güz” - payız, “danla” - sabah, “əgzi”- turş, “səmri”-kök, şişman deməkdir. “Tanıq”sözü tanımaq sözündən düzəlib. Çox gözəl sözdür və türklər onu hələ də işlədirlər. Röya, yuxu mənasını verən “duş/düş” sözünü də türklər işlədir. Halbuki bu da bizim milli sözümüzdür. Yaxud ərəb sözü olan “ağıl”ı türklər “us” kimi, ağıllını “uslu” kimi işlədirlər. Yaxud da “abır-həya” sözündə nə abır, nə də həya bizim sözümüz deyil. Bizim “ut” sözümüz olub. Bu sahədə hələ 1990-cı illərdə görkəmli dilçi Vaqif Aslanov müəyyən işlər görüb, amma yarımçıq qalıb. Biz istəyirik ki, bunu bərpa edək. Bu, təkcə bizim dilimiz üçün deyil, digər türk dilləri üçün də əhəmiyyətli məsələdir.
- Belə çıxır ki, bizim üçün unudulmuş olan sözlər bu gün türklərin dilində daha çox yaşadılır?
- Elə sözlər var ki, onlar bizim dilimizdə qalıb, türklər üçün arxaik səciyyə daşıyır. Amma elələri var ki, bizim dilimiz üçün arxaik səciyyə daşıyır, onlar işlədirlər.
- Hesab edirsiniz ki, unudulmuş sözləri dilimizə qaytarmaq lazımdır. Ancaq “abır-həya” sözünün yerinə “ut” desək, yəqin ki, təəccüblə üzümüzə baxarlar. Sizcə, unudulmuş sözlərimizi dilimizə necə qaytarmaq, onları necə işlək etmək olar?
- Əlbəttə ki, o sözləri heç kim başa düşə bilməz. Gərək o sözləri hamı qəbul etsin. Sizə bir nümunə deyim. İndi müasir dilimizdə ən çox işlənən sözlərdən biri tıxacdır, amma heç kim tıxac demir, hamı probka deyir. Amma gözəl sözdür, yəni maşınlar gəlib dayanaraq tıxanır. Amma biz bunu niyə işlətmirik?! Yeni söz yarananda hamı tərəfindən qəbul edilərsə, o, artıq ümumişlək söz olur, olunmursa, dildən çıxıb gedir və yerinə başqa söz işlədilir. Qonşu İranda belə bir təcrübə var ki, onlar dillərinə daxil olan yeni sözləri ayrıca kitabça şəklində çap edirlər və bununla da yeni sözləri ictimaiyyətin müzakirəsinə verirlər. Yeni sözlər bir müddət paralel işlənir, sonra onlardan biri “qalib” gəlir.
- İnsanların dilimizə daxil olan yeni sözlərə olan reaksiyasını öyrənmək üçün analoji təcrübəni ölkəmizdə tətbiq etmisiniz?
- Mən bu vəzifəyə yeni gəlmişəm. Ancaq bu, mənim arzumdur. Bunu düşünürəm. Onu gerçəkləşdirmək asan məsələ deyil. Bunun üçün gərək mənim təklifim dəstəklənsin, müzakirə olunsun, müvafiq qərar qəbul olunsun.
- Artıq fəaliyyətə başlayan “Qaynar xətt”inizin məqsədlərindən biri hər kəsi ədəbi dilin normalarının qorunması prosesinə cəlb etməkdir. İnsanlar bu prosesə aktiv cəlb olunublarmı?
- Təbii. “Qaynar xətt”ə demək olar hər gün zənglər edilir ki, haradasa küçə adı səhv yazılıb, kafe adı əcnəbi dildə yazılıb. Bütün müraciətlər qeydə alınır. Daha sonra onlar təhlil olunacaq və müvafiq qərarlar qəbul olunacaq.
- Son zamanlar Azərbaycan dilinin orfoqrafiya lüğəti ilə bağlı tənqidlərin sayı artıb. Bu tənqidlərə nələr əsas verir?
- İstənilən orfoqrafiya lüğətində səhv ola bilər. Sonuncu orfoqrafiya lüğəti təkcə Dilçilik İnstitutunun məhsulu deyil. Onun hazırlanmasında həm də “Şərq-Qərb” nəşriyyatı iştirak edib. Düşünürəm ki, orada müəyyən səhvlər var. Eyni söz bir neçə variantda gedib. Bunu danmaq olmaz. Amma bu lüğəti lazımsız bir şey kimi dəyərləndirmək düzgün deyil. Belə dəyərləndirmə insafsızlıq olar. İstənilən işdə səhv ola bilər. Ona görə də biz gələcəkdə orfoqrafiya lüğətinin yeni nəşrini hazırlamağı düşünürük. Tərcümə Mərkəzi də orfoqrafiya lüğəti hazırlayır. Halbuki bu, bizim əsas vəzifəmizdir. İndiyədək bütün orfoqrafiya lüğətlərini Dilçilik İnstitutu hazırlayıb, Nazirlər Kabineti təsdiq edib. Əslində, bu, bizim vəzifəmizdir. Tərcümə Mərkəzinin vəzifəsi tərcümə sahəsində fəaliyyət göstərməkdir. İndi mən bilmirəm, bəlkə onların da o istiqamət üzrə işləri var. Hər halda başqa bir təşkilat da bunu hazırlaya bilər. Amma nüfuzlu, mötəbər, keçərli, hamı tərəfindən qəbul edilən lüğət Dilçilik İnstitutunda hazırlanmalıdır. Nazirlər Kabineti də onu təsdiq etməlidir. Başqa bir qurum da oturub lüğət hazırlasa, onda bir pərakəndəlik, dağınıqlıq olar. Halbuki hər bir kəs orfoqrafiya lüğətinə əsaslanıb müəyyən sözlər yazır.
- Bəs, niyə görə daha təkmil orfoqrafiya lüğətinin hazırlanması üçün qarşılıqlı şəkildə işləmirsiniz?
- Biz AMEA-ya, onlar isə NK-ya tabedir. Bizim qarşımızda orfoqrafiya lüğətini hazırlamaq məsələsi qoyulub. Bizə AMEA-nın rəhbərliyi tərəfindən şifahi göstəriş verilib ki, orfoqrafiya lüğətində bu cür səhvlər olduğuna görə yenisini hazırlayaq. Artıq institutda bu məsələ ilə bağlı işə başlanılıb. Bu yaxınlarda AMEA Rəyasət Heyətinin orqanı olan “Türkologiya” jurnalının redaktoru akademik Kamal Abdulla bir təşəbbüslə çıxış etdi. O dedi ki, madam ki, orfoqrafiya lüğəti ilə bağlı belə problemlər ortaya çıxır, onda qarşı tərəfi, yəni Tərcümə Mərkəzinin əməkdaşlarını dəvət etməklə dəyirmi masa keçirək, orada nöqsanları ortaya çıxaraq, bunun qarşısının alınmasının yollarını araşdıraq ki, problemimiz aradan qalxsın. Əsas odur ki, problem aradan qalxsın.
- Orfoqrafiya lüğəti Azərbaycan dilinin sözlərinin yazılışında əsas mənbə hesab edilir. Bəs, onda hər iki lüğət hazır olduqdan sonra sizin, yoxsa Tərcümə Mərkəzinin hazırladığı orfoqrafiya lüğəti əsas mənbə hesab ediləcək?
- Bununla bağlı ənənə, qayda var. Hesab edirəm ki, Dilçilik İnstitutunun lüğəti əsas hesab ediləcək. Çünki orada o cür kadrlar yoxdur. Oradakı mütəxəssislərin əksəriyyəti tərcümə ilə məşğul olur. İndiyədək də Tərcümə Mərkəzi Azərbaycanda tərcümə sahəsində fəaliyyət göstərən bir qurum kimi tanınır.
- Bəzən hesab edirlər ki, Azərbaycan dili fikri ifadə etmək baxımından o qədər də zəngin dil deyil. Sizin buna münasibətiniz necədir?
- Tamamilə yanlış fikirdir. Bu, Azərbaycan dilini sevməyənlərin fikridir. Azərbaycan dili dünyanın ən zəngin dillərindən biridir. Bizim dilimiz istənilən elm sahəsinə dair fikirləri tam ifadə edə bilən dildir. Bizim dilimizin imkanları tamamilə genişdir.
- Bu gün bəzi sözlərin Azərbaycan dilindəki qarşılığını tapmaq bir qədər çətin olur. Məsələn, “jalyüz”, yaxud “razedka” və kimi söylədiyimiz bəzi sözlərin Azərbaycan dilindəki qarşılıqları fərqli formalarda verilir...
- Bilirəm. Biz bunu da düşünürük. Məsələn, həm “jalyüz”, həm də “razedka” sözünün müxtəlif variantları var. Biri deyir “elektrik yuvacığı”, başqa biri başqa cür deyir. Əgər orfoqrafiya lüğətində “razedka” sözü varsa, elə demək olar. Amma hər halda onun qarşılığını tapmaq lazımdır. İnşallah, tezliklə, bu məsələni yoluna qoyacağıq. Ortaq nöqtəyə biləcəyik ki, sözlərin birini qəbul edək. Hesab edirəm ki, həm dilimizin daxili imkanlarından, həm də qardaş Türkiyədə qəbul olunan terminlərdən istifadə etmək bu məsələnin çıxış yoludur.
- Hazırda orta məktəblərimizdə istifadə edilən “Azərbaycan dili” dərsliklərini necə qiymətləndirisiniz?
- Düşünürəm ki, bu dərsliklərin hazırlanmasına orta məktəb müəllimlərinin də cəlb olunması faydalı olar. Çünki müəllim uşaq psixologiyasını, onun səviyyəsini bilir. Hər halda müəyyən problemlər var, amma konkret fikir söyləməyə çətinlik çəkirəm.
- Bəzi müəllimlər uşaqlara elə 1-ci sinifdən fonetik təhlili öyrətməyə başlayırlar. Sizcə, bu yanaşma düzgündür?
- Tamamilə səhvdir. Uşaq birinci sinifdə hələ gərək hərfləri tanısın, sözləri düzgün yazsın ki, ondan sonra qrammatikaya keçsin. Uşaqlar 2–ci sinifdən sait və samitləri öyrənməyə başlayırlar. Amma mən bunun 2-ci sinifdə də olmasının əleyhinəyəm. 2-ci sinfin şagirdi hələ sait, samit anlayışını yetərincə qəbul etmir. Mənim 2-ci, 7-ci sinifdə oxuyan nəvələrim var. Görürəm ki, “Azərbaycan dili”ni bir az çətinləşdiriblər. Mən hesab edirəm ki, şagird pillə-pillə qrammatikanı dərk etməlidir.

Bu xəbər oxucular tərəfindən 1127 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |