Şrift:
Ermənistanda yeni müdafiə naziri təyinatı ilə bağlı Fərəc Quliyevin mövqeyi
08.10.2016 [13:00] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Parlamentin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Fərəc Quliyev deyir ki, Ermənistanda yeni müdafiə nazirinin təyinatı Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərməyəcək:

“Ermənistanda hansısa struktur dəyişikliyi, yaxud rəhbərlikdə belə kiminsə dəyişməsi ölkənin siyasətində dəyişiklik yarada bilməz. Çünki Ermənistanın özünün azad siyasəti yoxdur. Qarabağla bağlı Ermənistan özü istəsə belə qərar verə bilməz. Bu birbaşa Rusiyanın nəzarətində olan məsələdir”.

Oktyabrın 4-də Ermənistan prezidenti Serzh Sarksian Vigen Sargsianı Müdafiə Naziliyinin yüksək rütbəli zabit heyətinə təqdim edib. Sarksian xidmətlərinə görə keçmiş nazir Seyran Ohaniana da təşəkkür edib. Vigen Sargsian isə ona göstərilən etimadı doğruldacağına söz verib.
Bu xəbər oxucular tərəfindən 731 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed