Şrift:
Cənubi Qafqaz ölkələri arasında Azərbaycan iqtisadiyyatının payı 80 faizi ötüb
08.10.2011 [15:47] - Gündəm
İlin birinci yarısının yekunları üzrə Cənubi Qafqaz ölkələri arasında Azərbaycan iqtisadiyyatının payı 80 faizi ötüb. Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev şənbə günü Sumqayıt texnoparkında keçirilən rəqabətədavamlı sənaye məhsullarının alıcıları və istehsalçıları ilə görüşdə bəyan edib.

"Belə ki, bu gün Azərbaycanda ÜDM 28 milyard dollar təşkil etdiyi halda, Gürcüstanda ÜDM 3,5 milyard dollar, Ermənistanda isə 2,2 milyard dollar təşkil edir. Beləliklə, Azərbaycanın qeyri-neft sektorunun payına düşən ÜDM iki ölkənin ümumi ÜDM-ni üstələyir", - nazir deyib.

Nazirin sözlərinə görə, 2011-ci ilin yanvar-avqust aylarında Azərbaycanda qeyri-neft sektoru 8,5 faiz artıb. Xarici ticarət dövriyyəsinin həcmi 32 faiz artıb və 24 milyard dollara çatıb ki, burada ixracın payı 18 milyard dollar təşkil edib.

"Ölkə iqtisadiyyatının bütün sahələrində inkişaf müşahidə olunur və "Forbes" jurnalının növbəti reytinqində biznes-mühitin qiymətləndirilməsi üzrə Azərbaycanın MDB ölkələri arasında birinci yer tutması buna sübutdur", - Mustafayev deyib.

Ölkənin qeyri-neft sektorunda artım sənaye (107 faiz), toxuculuq (114, 7 faiz), ağac emalı sənayesi (111, 6 faiz), kağız və karton istehsalı (130,5 faiz), kimyəvi məhsullar (153,2 faiz), elektrik avadanlıqları (125,4 faiz) kimi sahələrdə müşahidə olunur.
Bu xəbər oxucular tərəfindən 1079 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed