Şrift:
Azərbaycanda dini ayinlərin icrası ilə bağlı tələblər artırılır
13.10.2016 [11:32] - Gündəm, Hüquq
Azərbaycan Cinayət Məcəlləsində İslam dininə aid ayin və mərasimlərin icrası ilə bağlı tələblər artırılır.

Bu barədə məsələ Cinayət Məcəlləsinin 168.1 maddəsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin birgə iclasında müzakirə edilən dəyişikliyə əsasən, İslam dininə aid ayin və mərasimlərin əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən aparılmasına görə də iki min manatdan beş min manatadək cərimə və ya bir ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd edək ki, hazırda Cinayət Məcəlləsinin həmin maddəsinə əsasən, yuxarıda qeyd olunan cərimə və azadlıqdan məhrumetmə cəzası yalnız xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulur. Dəyişikliyə əsasən isə, həmin maddəyə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər də əlavə edilir.

MəQALə
Bu xəbər oxucular tərəfindən 662 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed