07.03.2012 [12:08] - Gündəm
Bakıda kişilərlə müqayisədə qadınlar avtomobili daha intizamlı idarə edirlər. Bunu çərşənbə günü Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, ancaq bəzi qadın sürücülər diqqəti yayındıran hərəkətlərə yol verirlər.
"Kişilərə nisbətən qadınlar sükan arxasında daha çox telefonla danışırlar. Videogörüntülərdən müəyyən olunub ki, qadınlar tez-tez güzgüyə baxırlar, dodaq boyası çəkirlər. Bu diqqət yayındırıcı hallar qayda pozuntularına və yol qəzalarına səbəb olur", - Əsədov əlavə edib.
Onun sözlərinə görə, təəssüfləndirici haldır ki, spirtli içki qəbul edib, sükan arxasında oturan qadınlarımız da var. Həmçinin qadınlar ölümlə nəticələnən ağır yol qəzaları da törədirlər.
Əsədov deyib ki, Bakıda 620 min nəqliyyat vasitəsi var. Bu da respublikada olan avtomobillərin 62 faizini təşkil edir. Bakıda sürücülük vəsiqəsi olan qadınlar ümumi sayın dörddə birini təşkil edir.
Qeyd edək ki, ümumilikdə Azərbaycanda 35 mindən artıq sürücülük vəsiqəsi olan qadın sürücü var. 100 minə yaxın avtomobil isə qadınların adınadır.

Bu xəbər oxucular tərəfindən 1175 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |