Şrift:
Məktəbəhazırlıq qruplarında məşğələlərin sayı azaldılıb
14.10.2016 [08:39] - Gündəm, Bildiriş
Nazirlər Kabineti “Məktəbə hazırlığın təşkili Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar verib.

Qərara əsasən, Nazirlər Kabinetinin 2010-cu il 8 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbə hazırlığın təşkili Qaydaları”nın 4-cü hissəsinin mətni aşağıdakı redaksiyada verilir:

“4.1. Uşaqların məktəbə hazırlığının səmərəliliyini artırmaq üçün təlim məşğələlərində müxtəlif formalı inkişafyönlü didaktik oyunların tətbiqi prioritet hesab olunur.

4.2. Məktəbəhazırlıq qruplarında həftə ərzində 12 məşğələ təşkil edilir. O cümlədən:

Məşğələlər
Kütləvi qruplarda
Azsaylı xalqların uşaqlarından ibarət qruplarda
Ətraf aləmlə tanışlıq
1 1
Savad təliminə hazırlıq və nitq inkişafı 2 4
Bədii təfəkkürün inkişafı
1 1
Məntiqi və riyazi təfəkkürün inkişafı
2 2
Təsviri fəaliyyət
2 1
Musiqi 2 1
Fiziki mədəniyyət
2 2
4.3. Məktəbəhazırlıq qruplarında bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.”.

Qeyd edək ki, bundan əvvəl məktəbəhazırlıq qruplarında ana dili və bədii ədəbiyyat üzrə iş; savad təliminə hazırlıq və nitq inkişafı; ətraf aləmlə tanışlıq (təbiət və ictimai həyat hadisələrinə marağın tərbiyə edilməsi); Azərbaycan (rus) dili; sadə riyazi təsəvvürlərin inkişafı; təsviri sənət və kəsib yapışdırma; quraşdırma, gil işi; musiqi; fiziki mədəniyyət məşğələləri keçirilirdi.
Bu xəbər oxucular tərəfindən 587 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed