07.03.2012 [15:21] - Gündəm, Dərbənd
Dağıstanda Qarabudaqkəndin girişində 5 polisin ölümü ilə nəticələnən terror aksiyasını törədən terrorçu-kamikadzenin şəxsiyyəti müəyyənləşdirilib. “RİA Novosti”nin verdiyi məlumata görə, partlayışı bu ilin fevralında öldürülmüş qanunsuz silahlı qrupların üzvü Zaur Zagirovun həyat yoldaşı, 1986-cı il təvəllüdlü Aminat İbrahimovanın törətdiyi açıqlanıb. Partlayıcı 2 kiloqram trotil gücünə bərabər olub. Beş polis hadisə yerindəcə keçinib, 2 polis yaralanıb.
Bu xəbər oxucular tərəfindən 1832 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |