18.10.2016 [08:48] - Gündəm, İqtisadiyyat
"Korrupsiya, rüşvətxorluq bizim uğurlu inkişafımızı əngəlləyən əsas bəlalardır".
Bunu Prezident İlham Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, regional əməkdaşlıq məsələlərinin həllində Azərbaycan çox önəmli bir ölkəyə çevrilib:
"Bizim təşəbbüsümüzlə icra edilən böyük enerji layihələri son illər ərzində daha da geniş miqyasa çıxıb. Artıq bu, qitələrarası enerji layihələridir. Xüsusilə “Cənub” qaz dəhlizini qeyd etməliyəm.
Onu da qeyd etməliyəm ki, bu dəhliz 2006-cı ildə və 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin əsasında yaradılır. Əgər o kəmərlər yaradılmasaydı, “Cənub” qaz dəhlizi də yaradılmazdı. Bu gün dünyanın ən böyük enerji layihələrindən biri olan “Cənub” qaz dəhlizi uğurla icra edilir. Biz “Şahdəniz-2” layihəsinin icrasında artıq son mərhələyə yaxınlaşırıq. Layihənin icrası artıq 83 faiz təşkil edir. TANAP layihəsinin icrası təqribən 40 faizə yaxındır. Biz bu nəhəng enerji, iqtisadi layihəni uğurla icra edirik. Bu, bizə gələcəkdə çox böyük əlavə iqtisadi dividendlər gətirəcək. Biz zəngin qaz ehtiyatlarımızı etibarlı yollarla dünyanın ən böyük, bizim üçün ən yaxın bazarlarından biri olan Avropa bazarına çıxarırıq. Bizim enerji siyasətimiz dünya tərəfindən yüksək qiymətləndirilir. Biz beynəlxalq əməkdaşlıq formatını yaratmışıq və bu formatı genişləndiririk".
İlham Əliyev bildirib ki, “Cənub” qaz dəhlizi tarixi layihədir:
"Bu, bizim uğurlu gələcək inkişafımızı müəyyən edəcək. Bununla bərabər, biz iqtisadiyyatımızın digər sektorlarının inkişafı ilə bağlı çox ciddi addımlar atırıq. Xüsusilə son müddət ərzində Azərbaycanda sənayenin, kənd təsərrüfatının inkişafı artır. Baxmayaraq ki, dünyanın iqtisadi böhranı davam edir, biz bu istiqamətdə də çox ciddi addımlar atmışıq. Əminəm ki, yaxın illərdə qeyri-neft sektorunun inkişafı daha da sürətlə gedəcək. Bu gün iqtisadiyyatımızın təxminən 70 faizi qeyri-neft sektorunda formalaşır. Biz indi ixracın şaxələndirilməsi ilə ciddi məşğuluq. Elə etməliyik ki, neftdən, qazdan asılılıq minimum səviyyəyə endirilsin".
Prezident vurğulayıb ki, Azərbaycanda idarəçilikdə ciddi islahatlar, xoşagəlməz hallara qarşı mübarizə aparılır:
"Korrupsiya, rüşvətxorluq bizim uğurlu inkişafımızı əngəlləyən əsas bəlalardır. Bu istiqamətdə də institusional tədbirlərin görülməsi öz gözəl nəticəsini verməkdədir. Biz artıq dünyaya intellektual məhsul təqdim edirik, hətta ixrac edirik. “ASAN xidmət” bizim məhsulumuzdur. Artıq bu xidmətə 12 milyon müraciət olmuşdur, 4 milyona yaxın insan bu imkanlardan istifadə edir və indi başqa ölkələrdə bu təcrübə öyrənilir. Biz gələcəkdə də dünya bazarlarına şaxələndirilmiş ixrac imkanlarımızı təqdim etməliyik. O cümlədən intellektual məhsulun ixracı xüsusi əhəmiyyət daşıyır".
Dövlət başçısı əlavə edib ki, Azərbaycan bu gün dünyada çox etibarlı tərəfdaş kimi tanınır:
"Çünki bizim iştirak etdiyimiz bütün layihələr əməkdaşlığa hesablanıb. Biz hesab edirik və həyat göstərir, düz hesab edirik ki, ölkələr arasındakı əməkdaşlıq bəzi problemləri aradan götürə bilər. Enerji siyasətimiz xoşniyyətlidir. Bundan heç vaxt hansısa başqa məqsəd üçün istifadə etməmişik. Bütün digər regional təşəbbüslər də əməkdaşlığa hesablanır, o cümlədən nəqliyyat sahəsində. Biz bu gün “Şərq-Qərb” dəhlizinin yaradılmasında fəal rol oynayırıq. Bakı-Tbilisi-Qars dəmir yolu yaxın aylarda istismara veriləcək. Beləliklə, biz özümüzü daha da gözəl imkanlarla təmin etmək üçün Avropanı Asiya ilə birləşdiririk. Çünki bu dəhliz bizə çox böyük iqtisadi mənfəət gətirəcək. Bu dəhlizdən keçən yüklərin həcmi on milyonlarla ton səviyyəsində olacaq. Bununla bərabər, biz “Şimal-Cənub” dəhlizini də yaradırıq. Yenə də təşəbbüs göstərmişik, yenə də regional əməkdaşlıq formatını təqdim etmişik və bu, artıq yaradılıb. Bu da bizə əlavə on milyonlarla ton yük daşımaq imkanları verəcək.
Bax, budur neft amilindən asılılığı azaltmaq, qeyri-neft sektorunun inkişafı. Coğrafi vəziyyətimizdən istifadə edərək biz bu layihələri ortaya qoyuruq və onları icra edirik".

Bu xəbər oxucular tərəfindən 729 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |