18.10.2016 [09:00] - Gündəm, Diaspor
Ukraynada Qarabağ həqiqətləri və erməni saxtakarlığını əks etdirən sənədli filmlər nümayiş olunub.
Ukraynada “Tarixi həqiqətin izi ilə” və “Yerevanda Azərbaycan izi ilə” adlı sənədli filmlərin nümayişi keçirilib. Təqdimat Azərbaycanlılarının Gənclər Birliyi Mərkəzində baş tutub.
Təqdimatda Ukraynadakı diplomatik korpus və diaspora təşkilatı nümayəndələri, həmçinin Ukrayna cəmiyyətinin aktiv ictimai gəncləri iştirak edib.
İlk öncə filmlər təqdim olunub. Filmin müəllifi “Cəmiyyətlə əlaqələndirmənin inkişafına yardım” təşkilatının sədri, Bakı Slavyan Universitetinin dosenti, araşdırmaçı jurnalist Şəlalə Həsənovadır. Birinci film Amerika, Avropa və erməni müəlliflərinin araşdırmalarına əsaslanır.
Filmdə sübut olunur ki, Qafqazda yerləşən Ermənistan birinci xristian ölkəsi deyil.
“Yerevanda Azərbaycan izi ilə” adlanan ikinci filmdə isə bütün faktları birləşdirərək ötən əsrdə İrəvan şəhərinin erməni vandalizminə məruz qalmasını sübut edir. Hər iki filmin rus və ingilis dili variantları hazırlanıb.
Qeyd edək ki, sənədli filmlər Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına maddi dəstəyi ilə ərsəyə gəlib.
Filmlərin təqdimatından sonra Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin ikinci katibi Təbriz Qarayev, Ukrayna Azərbaycan Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev çıxış edib. Çıxışlarda vurğulanıb ki, gənclərə tarixi həqiqətləri aşılamaq, eyni zamanda ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinin qarşısını almaq üçün bu cür filmlərin çəkilməsi və təbliği çox vacibdir. Həmçinin təqdim olunan filmlərin Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırlmasında mühüm rol oynadığı qeyd edilib.
Tədbir geniş müzakirə və diskussiyalarla davam etdirilib.

Bu xəbər oxucular tərəfindən 826 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |