Şrift:
Azərbaycan, Türkiyə və İran XİN rəhbərləri Naxçıvanda Bəyannamə qəbul ediblər
07.03.2012 [16:04] - Gündəm
Nazirlərin növbəti görüşü 2012-ci ilin sentyabr ayında Van şəhərində keçiriləcək


Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin Naxçıvanda keçirilən görüşü başa çatıb. ANS-in Naxçıvana ezam olunmuş müxbirinin verdiyi məlumata görə, görüşün yekununda bəyannamə imzalanıb.

Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və İranın xarici işlər naziri Əli Əkbər Salehi imzalayıblar.

Qeyd edək ki, nazirlərin növbəti görüşü 2012-ci ilin sentyabr ayında Van şəhərində keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 1313 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed